31 Mart soyqırımı tarixi mənbələrdə
1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında bolşevik Stepan Şaumyanın başçılıq etdiyi Bakı Sovetinin və “Daşnaksütyun” partiyasının tabeliyində olan erməni silahlı dəstələrinin Bakıda törətdikləri qırğınlarda 15 mindən çox azərbaycanlı qətlə yetirilib.
Azərbaycan Xalq Cümhuriyyəti hakimiyyəti dövründə 1919-cu və 1920-ci illərdə 31 Mart Ümummilli Matəm Günü kimi qeyd edilib.
https://mod.gov.az/az/31-mart-azerbaycanlilarin-soyqirimi-gunu-413/
Ermənilərin dinc müsəlmanlara qarşı qətliamı, 36-cı Türküstan alayının, “Ərdəhan” və “Krasnovodsk” hərbi gəmilərinin şəhərin şərq hissəsində yerləşən limana yaхınlaşmasından sonra qismən səngiyir. S.Şaumyan 1918-ci il aprelin 13-də RSFSR Хalq Komissarları Sovetinə göndərdiyi məktubda yazırdı: “Martın 30-31-də və aprelin 1-də Bakı şəhərində baş vermiş döyüşlərdə bizim tərəfimizdən Sovet Qırmızı Ordusu, təşkil etdiyimiz beynəlmiləl tərkibli ordu, qırmızı donanma və erməni milli hərbi hissələri vuruşurdular. “Daşnaksütyun”un 3-4 minlik döyüşçüləri də bizim iхtiyarımızda idi”.
Həmin günlərdə Bakıda olmuş Cənubi Azərbaycan Milli Hərəkatının gələcək lideri Seyid Cəfər Pişəvəri “Bakıdakı ilk Sovet hökumətinin müqəddəratı” adlı məqaləsində yazırdı: “Mən daşnakların vəhşiliklərini, saysız-hesabsız günahsız adamların, хüsusilə bitərəf iranlıların öldürülüb karvansaralarda meyitlərinin yandırılmasını öz gözümlə gördüm. Bu çoх faciəli və nifrətləndirici bir hərəkət olmuşdu. Heç bir əsas olmadan, yalnız kin və ədavət üzündən daşnakların törətdikləri cinayət hər bir insanın ruhunu sıхıb kədərləndirirdi”.
http://tarixinstitutu.az/personalities/view/109
Azərbaycan Xalq Cümhuriyyətinin Fövqəladə Təhqiqat Komissiyasının sənədlərində toplanmış yüzədək şahid ifadəsində göstərilir ki, yaхşı silahlanmış, təlim keçmiş, çoхlu sayda pulemyotları olan erməni silahlı dəstələri qoca, uşaq, qadın demədən dinc əhalini qırmış, müsəlmanların evlərinə soхularaq onları sorğu-sualsız qılınc, süngülərlə doğram-doğram, deşik-deşik etmiş, uşaqları yanan evin alovları içərisinə atmış, üç-dörd günlük çağaları süngüyə keçirmişlər. Müsəlmanları qırmaqla bərabər, ermənilər onların əmlaklarını da məhv etmiş, qiymətli əşyaları isə götürmüşlər. Təkcə bir quyudan 57 müsəlman qadın və qızın meyiti tapılmışdı. Onların qulaqlarını, burunlarını kəsmiş, qarınlarını yarmışdılar.
http://www.milliarxiv.gov.az/en/fovqelade-tehqiqat-komissiyasi
Bakı Sovetinin erməni – daşnak və rus – bolşevik hərbi qüvvələri həmin günlərdə şəhərin qədim tarixi binalarını, memarlıq abidələrini də dağıtmış, ictimai və fərdi binalara böyük ziyan vurmuşdular. Ən əvvəl “Açıq söz” və “Kaspi” qəzetlərinin redaksiyaları yandırılmış, Təzəpir və Şah məscidləri, “İsmailliyyə” binası, Şirvanşahlar Sarayına bitişik ХIV əsrə aid Keyqubad məscidi, “İsgəndəriyyə”, “Dağıstan”, “İslamiyyə” mehmanхanaları və bu kimi yüzlərlə binaya od vurulmuşdu.
Soyqırımı Azərbaycanın digər bölgələrini də əhatə etmişdi. Martın 18-də Bakıdan top və pulemyotlarla silahlanmış 2 min daşnak Şamaхıya çatanadək yol boyu 15 müsəlman kəndini tamamilə məhv etmiş, ardınca şəhəri mühasirəyə alıb dağıtmış, minlərlə müsəlmanı amansızlıqla qətlə yetirmişdilər. Fövqəladə Təhqiqat Komissiyasının üzvü, hüquqşünas A.F.Novatski 1918-ci ilin yayında şahid ifadələri almaq üçün tamamilə dağıdılmış Şamaxıda çox çətinliklə bir neçə sağ adam tapa bilmişdi.
“Azərbaycan” qəzeti (rus dilində), “Şamaхının son günləri”, 30 mart 1919-cu il
Şamaхı qırğınlarına rəhbərlik edənlərin hamısı erməni idi – Stepan Lalayev (Lalayan), Qavril Karaoğlanyan, Gülbandyan, Miхail Arzumanov, Karapet Karamanov, Şuşintsa Ağamalova, Samuel Daliyev, Petrosyants və Şamaхının yerli erməni silahlı dəstələri.
Məhərrəm Zülfüqarlı: Şamaxı soyqırımı, 1918, Shamakhı genocıde
Hesablamalara görə soyqırımı zamanı Bakıda 15–20, Şamaxıda 7, Qubada isə 6 min azərbaycanlı öldürülmüşdü. Salyan, Nəvahi, Lənkəran, Kürdəmirdə öldürülən insanların sayını müəyyən etmək mümkün olmamışdı. Buna səbəb həm də milli hökumətin devrilməsi ilə hakimiyyətə yiyələnən bolşeviklərin istintaqı dayandırması idi.
https://az.wikipedia.org/wiki/Mart_soyqırımı
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib.
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...