Qarabağ Azərbaycandır
8 Noyabr Azərbaycan tarixinə ilk Milli Qələbə Günü kimi əbədi həkk olundu. Bütün xalqımızı bu müqəddəs Gün münasibətilə ürəkdən təbrik edirəm! “Gözün aydın olsun, əziz xalqım!” – deyirəm. Torpaqlarımız uğrunda canından keçmiş bütün şəhidlərimizə “Məkanınız cənnət olsun, igidlərim!” – deyirəm, – “Vətən, xalq heç bir zaman bu şəhidlik zirvəsini unutmayacaq!”. Bu qələbənin müəllifi – Azərbaycan Respublikasının Prezidenti, əziz qardaşım İlham Əliyevə “Var ol, yaşa, Ali Baş Komandan! – deyirəm, – Azərbaycana tarixin ilk milli qələbəsini yaşadan, xalqa milli oyanış ruhunu bəxş edən, bu on yeddi ildə atılan müxalif daşlara məhəl qoymadan, tükənməz səbir və dözümlə addım-addım Qələbəyə aparan yolu məharətlə irəliləyən Böyük Sərkərdə!”
Qalib Xalqın yazıçısı
Afaq Məsud
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...