Azərbaycan ədəbiyyatı Gürcüstan ədəbiyyat portalında
Gürcüstanın populyar “1 TV. Eleqtroliti” elektron ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı virtual aləmdə” layihəsi çərçivəsində, tanınmış Azərbaycan şairi Zahid Sarıtorpağın gürcü dilinə tərcümə olunmuş “Kül” romanının yayınına başlayıb.
Gürcüstan İctimai Televiziya və Radio Yayımları Şirkətinin aylıq elektron portalı olan “1 TV. Eleqtroliti” 2017-ci ildən fəaliyyət göstərir. Portal əsasən bədii ədəbiyyatın (nəsr, şeir, dramaturgiya), eləcə də tənqidi və publisistik materialların yayınına üstünlük verir. Gürcüstan oxucuları Ömər Xəyam, Cəlaləddin Rumi, Pol Verlen, Artur Rembo, Filip Dik, Tomas Vulf, Rudolf Lapert, Leo Pere, Con Çiver, En Enrayit, Herta Müller, Hans Maqnus Enserberqer, Olqa Tokarçuk, Jorj Brasens, Esme Varnq, Peter Handke, Lusi Fleçer, Lores Ferlinget, Jak Brel, Lev Rubinşteyn, Con Maksvell Kutzee, Norbert Humelt, Syuzen Zontaq, Frans Holler kimi dünya ədiblərinin əsərlərinin elektron versiyası ilə bu portalda tanış olurlar.
Portalın baş redaktoru – tanınmış Gürcüstan yazarı Şadiman Şamanadzedir.
Keçid linki: |
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...