Argentinanın ölkəmizdəki səfiri Azərbaycan Tərcümə Mərkəzində olub
Argentinanın ölkəmizdəki səfiri Karlos Dante Riva Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində (AzTM) olub.
AzTM-dən AZƏRTAC-a bildirilib ki, mərkəzin direktoru Afaq Məsud qonağa qurumun fəaliyyətindən, iki ölkə arasındakı mədəni-ədəbi əlaqələrdən söz açıb. Bildirib ki, son illər ərzində bir çox məşhur Argentina yazıçılarının – X.Borxesin, X.Kortasarın, M.Delibesin, E.Sabatonun, A.Yunkenin, S.Poletinin, həmçinin, R.Arltın əsərlərinin Azərbaycan dilinə tərcüməsi və nəşri həyata keçirilib. Bu il nəşr olunan kitablarımız arasında “Latın Amerikası romanı” toplusunda da Argentina yazıçılarının əsərlərinə yer ayrılıb.
Daha sonra direktor ədəbiyyatımızın ruhən bir-birinə yaxınlığından, Argentina yazıçılarının əsərlərinin Azərbaycan oxucusu tərəfindən maraqla qarşılanmasından danışıb.
Səfir Karlos Dante Riva xalqlararası əlaqələrin qurulması istiqamətində fikirlərini bölüşərək deyib: “Bakıda olduğum iki il müddətində ölkələrimiz arasında olan informasiya qıtlığını, Azərbaycanla Argentinanın bir-birindən hədsiz az məlumatlı olduğunu müşahidə etmişəm. Bu informasiya qıtlığı əlbəttə ki, bir çox problemlərə yol açır. Bu mənada tərcümə işi hər iki xalqın bir-birini yaxından tanımasına ən qısa yol ola bilər. Düşünürəm ki, qarşıda duran əsas məqsəd hər iki xalqı mədəni, ədəb mühitdə bir-birinə tanıtmaq və əlaqələri genişləndirməkdir. Əlbəttə ki, xalqlar arasında iqtisadi, ticarət, siyasi-ictimai və sair əlaqələr qurulur, lakin bu əlaqələrin heç biri iki xalqın bir-birini mədəni müstəvidə tanımasına xidmət etmir. Düşünürəm ki, ölkələrin, xalqların bir-birini daha yaxından tanıması üçün mədəniyyət və ədəbiyyat ən başlıca vasitədir. Bu mənada, Azərbaycan ədəbi nümunələrini ispan dilinə tərcümə edib Argentinada nəşr etmək yaxşı olardı”.
Diplomat bildirib ki, Buenos-Ayresdə hər il beynəlxalq kitab sərgisi keçirilir. Bu sərgidə iştirak etməyinizi çox istərdik. Bu məsələdə əlimizdən gələn köməkliyi etməyə hazırıq. Mən əminəm ki, hər iki ölkənin ədəbiyyatı tərcümə edilib yayılarsa, bu, nəinki xalqlararası mədəni, həmçinin Argentina Azərbaycan arasındakı siyasi əlaqələrin də inkişafına təkan verər.
“Hazırda iki kitabın Azərbaycan dilinə tərcümə edilməsini vacib hesab edirəm. Bu kitablardan biri tanqo rəqsi barədədir. Azərbaycanda çox sevilən, hətta aldığım məlumatlara görə, tədris edilən bu rəqsin yaranma tarixi haqqındadır. Digər kitab, Adolfo Bioy Kasaresin kitabıdır. Hər iki kitabın mükəmməl tərcüməsində mərkəzin köməyinə ehtiyacımız var”, - deyə Karlos Dante Riva vurğulayıb.
Səfir ölkəsində tərcümə işinin təşkili barədə də məlumat verib.
Sonda diplomat mərkəzlə Argentinanın aidiyyəti qurumları arasında sıx əlaqələrin yaranması, hər iki ölkə arasında ədəbi-mədəni mübadilələrin aparılması istiqamətində mərkəzlə sıx əməkdaşlıq edəcəklərini söyləyib.
AZƏRTAC
http://azertag.az/xeber/836440
VƏ DİGƏR...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...
-
Vaqif Bayatlı Odər yaradıcılığı Argentina ədəbiyyat portalında
Argentinanın populyar “Antología poética” (“Poetik antologiya” ) ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi...
-
Rəsul Rza yaradıcılığı ABŞ ədəbiyyat portalında
ABŞ-nin populyar “Poetryverse” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində...