Azərbaycan yəhudiləri haqqında məqalə Fransa xəbər portalında
Fransanın populyar “Musulmans en France” xəbər portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan həqiqətləri beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində hazırladığı “Azərbaycan yəhudiləri” adlı məqalənin yayınına başlayıb.
Məqalə yəhudilərin Azərbaycanda məskunlaşması tarixindən, ölkənin zəngin mültikulturallıq və tolerantlıq ənənələrindən bəhs edir.
Məqalənin müəllifi – tanınmış jurnalist, tarix üzrə fəlsəfə doktoru Hacı Abdulla, fransız dilinə tərcümə müəllifi – Mərkəzin fransız dili mütəxəssisi Fərhad Tağızadədir.
Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən “Musulmans en France” portalı, əsasən, müsəlman ölkələrinin görkəmli şəxsiyyətləri, tarixi, elmi, ədəbiyyatı və mədəniyyəti ilə bağlı materialları işıqlandırır.
VƏ DİGƏR...
-
İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında
Almaniyanın populyar “LESERING.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin alman dilinə tərcümə edilmiş “Duz” hekayəsinin yayınına başlayıb.
-
Mövlud Mövludun hekayəsi Türkiyə portallarında
Türkiyənin populyar “Detayhaberler.com”, “Dibace.net”, “Haber.232.com” portalları Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində həyatdan vaxtsız getmiş istedadlı yazıçı Mövlud Mövludun türk dilinə...
-
“Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndən çıxarılan sözlərin Təsnifatı” kitabı nəşr olundu
Dövlət Tərcümə Mərkəzi “Azərbaycan dilinin orfoqrafiya lüğəti” (Nəsimi adına Dilçilik İnstitutu; 2013-cü və 2021-ci il nəşrləri) kitabından çıxarılan orfoqrafik, qrammatik qüsurların, milli mentallığımıza kölgə salan əcaib mənalı söz...