Abdulla Şaiqin şeirləri Almaniya ədəbiyyat portalında

Almaniyanın populyar “LiteratPro” ədəbiyyat portalı “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” (ADTM) layihəsi çərçivəsində görkəmli Azərbaycan şairi Abdulla Şaiqin alman dilinə tərcümə olunmuş “Əsrimizə xitab”, “Hamımız bir günəşin zərrəsiyik” və “İrəli” şeirlərinin yayınına başlayıb.
Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən “LiteratPro” ədəbiyyat portalı mütəmadi olaraq səhifələrində Yohann Volfqanq Höte, Rayner Maria Rilke, Oskar Uayld, Çarlz Dikkens, Peter Altenberq kimi dünya şöhrətli yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.
https://www.literatpro.de/abdulla-shaig | ![]() |
VƏ DİGƏR...
-
İkinci Mahmudun hekayəsi aparıcı ərəb portallarında
Küveytin “Fikr-Hur”, Əlcəzairin “alharir.info”, Suriyanın “Qısa hekayə”, Misirin “Hekayə və romanlar”, İraqın “Nur Mədəniyyət və Media Mərkəzi” mədəniyyət portalları və facebook səhifələri Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində həyatdan vaxtsız getmiş istedadlı yazıçı İkinci Mahmudun ərəb dilinə tərcümə olunmuş “Yersiz ölüm” hekayəsinin yayınına başlayıb.
-
Qismətin şeirləri Avstriya portalında
Avstriyanın populyar “Gedichtesammlung.net” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində gənc, istedadlı şair, esseçi Qismətin alman dilinə tərcümə edilmiş “Sevginin gözləri Vanqa”, “Gecənin melanxoliyası” və “Bağışlanma” şeirlərinin yayınına başlayıb.
-
Heydər Əliyev haqqında kitab İspaniya kitabxanalarında
Dövlət Tərcümə Mərkəzinin İspaniyada ərsəyə gətirdiyi “Vida de personas notables – Heydar Aliyev” (“Görkəmli şəxsiyyətlərin həyatı – Heydər Əliyev”) kitabı Madridin aşağıdakı mərkəzi kitabxana və universitetlərinə yerləşdirilib.