Dövlət Tərcümə Mərkəzi Seçim Turlarını davam etdirir

Dövlət Tərcümə Mərkəzi Seçim Turlarını davam etdirir

Dövlət Tərcümə Mərkəzi ölkədə dil və tərcümə işinin təkmilləşdirilməsi, peşəkar mütəxəssislərin müəyyən edilməsi məqsədilə təşkil etdiyi Seçim Turlarının növbəti mərhələsinə start verdi.

Turlar müxtəlif əcnəbi dillər və sahələr (ictimai-siyasi, maliyyə, iqtisadiyyat, humanitar, media, tibb, hüquq və s.) üzrə ixtisaslaşmış mütəxəssislərin peşə qabiliyyətinin mərhələlər üzrə yoxlanılması və sertifikatlaşdırılması əsasında aparılır.

Turlarda iştirak etmək üçün aşağıda qeyd olunan sənədlər bu ilin oktyabr ayının 30-dək Mərkəzin info@aztc.gov.az  ünvanına göndərilməli, yaxud kağız formatında Dövlət Tərcümə Mərkəzi – Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan bəy Topçubaşov küçəsi 74 ünvanına təqdim edilməlidir.

 

Qeydiyyat üçün tələb olunan sənədlər:

1.      Şəxsiyyət vəsiqəsinin surəti

2.      CV

3.      2 ədəd fotoşəkil

           Qeyd:  Mərkəzin elektron ünvanına göndərilən sənədlərin “mövzu” bölümündə dil və sahə qeyd edilməlidir;

           Seçim turlarında iştirak ödənişlidir.

           Əlaqə telefonu: (+994 12) 595-10-69 (daxili nömrə 107)

 

VƏ DİGƏR...