Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin mətbuat və nəşr məsələləri üzrə müşaviri Fərid Hüseynin mətbuata açıqlaması:
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin həftəlik mətbu orqanı olan “Aydın yol” qəzeti gözlənilən səviyyəni doğrultmadığı səbəbindən bəzi əməkdaşlarının sınaq müqaviləsinin vaxtı uzadılmadı.
“Mərkəzin direktorunun qəzetin kadr məsələsinə qarışması” məsələsinə gəlincə, bildirirəm ki, qəzet müstəqil mətbu orqan deyil, əməkdaşlarının maaşı, qəzetin qonorar və nəşr xərcləri Mərkəzin büdcəsindən ödənilir və təbii ki, kadr seçiminin rəhbərliklə razılaşdırılması vacibdir. Qəzetin baş redaktoru Fəxri Uğurlu isə hələ ki, istefa ərizəsi verməyib.
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...