Azərbaycan Tərcümə Mərkəzinin sertifikatları sahiblərinə təqdim olundu
Mayın 11-də Azərbaycan Tərcümə Mərkəzinin (AzTC) dil və tərcümə işinin təkmilləşdirilməsi, ölkədə fəaliyyət göstərən dil və tərcümə mütəxəssislərinin müəyyən edilməsi istiqamətində keçirdiyi Seçim Turlarından (ictimai-siyasi, elmi-texniki, maliyyə, iqtisadiyyat, tibb, hüquq və digər sahələr üzrə) uğurla keçmiş 20-dən çox tərcüməçiyə sertifikatlar təqdim olunub.
Təqdimat mərasimini giriş sözü ilə açan Mərkəzin baş redaktoru Vilayət Hacıyev hazırkı turların, yaxın gələcəkdə keçiriləcəyi nəzərdə tutulan tərcümə akkreditəsinin ilkin mərhələsi olduğu, sertifikatlar almış mütəxəssislərin gələcək akkreditə prosesinə, artıq sınaq imtahanlarının birinci mərhələsinin qalibi kimi qatılacağı haqqında məlumat verərək bu işin il boyu mütəmadi şəkildə aparılacağını bildirib.
Daha sonra söz qaliblərə verilib. Çıxış edənlər tərcümə sahəsində nizam yaradacaq bu tədbirə görə minnətdarlıq ifadə edərək tərcümə işi ilə bağlı Mərkəzlə əməkdaşlıq etmək arzusunda olduqlarını bildiriblər.
Qalereya
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...