Özbəkistan nümayəndə heyəti Tərcümə Mərkəzində

Özbəkistan Xalq şairi Camal Kamal, tanınmış şairlər Şöhrət Salamov və Akif Azalp, Əlişir Nəvai adına Daşkənd Dövlət Universitetinin professorları Gülbahar Aşurova, Roza Niyazmetova və AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Azərbaycan–Türkmənistan–Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru Almaz Ülvidən ibarət nümayəndə heyəti ARNK yanında Tərcümə Mərkəzində olub. Görüş zamanı müxtəlif dövrlərdə Mərkəz tərəfindən tərcümə və nəşr edilmiş Əmriddin Berdimuradov, Məmmədəli Mahmudov, Rauf Pərvi, Məhəmməd Saleh kimi məşhur Özbəkistan ədiblərinin əsərlərindən söhbət açılıb. Daha sonra Nizami Gəncəvinin özbək şairi Camal Kamal tərəfindən özbək dilinə tərcümə edilmiş əsərlərinin Daşkənddə nəşri, həmçinin Azərbaycan–Özbəkistan ədəbiyyatları arasında mübadilələrin davamı olacaq digər layihələr müzakirə olunub.
Qalereya
VƏ DİGƏR...
-
AZƏRBAYCAN DÖVLƏT TƏRCÜMƏ MƏRKƏZİ-nin 2014-2024-cü İLLƏR ÜZRƏ FƏALİYYƏTİNİN HESABATI
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...