Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi ingilis,ərəb,türk və fars dilləri üzrə kurslar təşkil edir
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi ölkədə fəaliyyət göstərən xarici vətəndaşlar üçün Azərbaycan dili kursları təşkil edir.
Kurslar interaktiv formatda – şifahi danışıq və yazı mədəniyyətinin təkmilləşdirilməsi üzrə keçirilir.
Müddəti: – 6-12 ay
Məşğələlərin sayı: – həftədə 2 dəfədən az olmamaqla
Dərs saatı: – 90 dəqiqə
Aylıq ödəniş: 120 AZN
Xarici dil öyrənmək istəyən şəxslər və abituriyentlər üçün ingilis, fransız, alman, ispan, rus, türk, fars və ərəb dilləri üzrə dil kursları, tərcümə peşəkarlığı səviyyəsini artırmaq istəyənlər üçün media, maliyyə, iqtisad, hüquq, bədii və humanitar sahələr üzrə ixtisasartırma kursları Mərkəzin Ə. Topçubaşov 74 ünvanında (“Nizami” metrosu yaxınlığında) keçirilir.
İxtisasartırma kursları aşağıdakı dillər və sahələr üzrə təşkil edilir:
1. |
İngilis dili |
Media |
Sığorta |
|
2. |
Ərəb dili |
Media |
|
|
3. |
Türk |
Media |
|
Humanitar |
4. |
Fars |
Media |
Hüquq |
Humanitar |
Kurslara qeydiyyata düşmək üçün şəxsiyyət vəsiqəsinin surəti, iki ədəd fotoşəkil və CV forması Mərkəzin info@aztc.gov.az elektron poçt ünvanına göndərilməlidir.
Kursları bitirən şəxslərə Mərkəz tərəfindən diplom və sertifikatlar verilir.
Əlaqə nömrələri: (+994 12) 595-10-69 (daxili nömrə 123)
VƏ DİGƏR...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...
-
Vaqif Bayatlı Odər yaradıcılığı Argentina ədəbiyyat portalında
Argentinanın populyar “Antología poética” (“Poetik antologiya” ) ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi...
-
Rəsul Rza yaradıcılığı ABŞ ədəbiyyat portalında
ABŞ-nin populyar “Poetryverse” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində...