İtaliya səfiri Tərcümə Mərkəzində olub
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru Afaq Məsud, İtaliya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Ciampaolo Kutillonu qəbul edib. Görüşdə İtaliya səfirliyi ilə Tərcümə Mərkəzi arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub. Ədəbiyyatlararsı mübadilə, tərcümə və nəşr məsələləri, həmçinin italyan dilinin ölkədə aktuallığı və tədrisi görüşün əsas müzakirə mövzusu olub.
C.Kutillo gərəkli təkliflərdən dolayı məmnunluq duyduğunu bildirib: “Səfirlik olaraq bu işlərlə məşğul olsaq da, sizin tərcümə xidmətlərinizdən də istifadə etmək bizimçün xoş olar. Çalışacağıq ki, bundan sonra daha sıx və geniş müstəvidə əməkdaşlıq edək”.
Görüş zamanı həmçinin Mərkəzin 4-7 dekabr tarixində İtaliyanın Roma şəhərində keçiriləcək Beynəlxalq Kitab Sərgisində iştirakı ilə bağlı məsələlər, habelə, İtaliya ədəbiyyatının Azərbaycan dilinə, Azərbaycan ədəbiyyatının isə italiyan dilinə çevrilməsi və tanıdılması istiqaməti üzrə təkliflər də diqqətə çatdırılıb.
Qalereya
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...