Yazıçı Afaq Məsud daha bir nüfuzlu mükafata layiq görülüb
Yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Afaq Məsudun "Mənsur Həllac" əsəri görkəmli türk dramaturqu Haldun Tanərin anadan olmasının 100 illiyi münasibəti ilə keçirilən "Beynəlxalq Səhnə Əsərləri müsabiqəsi"nin üç qalib əsəri sırasındadır.
Bu barədə Avrasiya Yazarlar Birliyinin başqanı Yaqub Öməroğlunun yazıçıya ünvanladığı təbrik məktubunda bildirilir. ""Mənsur Həllac" əsəri müsabiqəyə 18 ölkədən daxil olmuş 109 əsər arasından qalib seçilib. Qaliblərin mükafatlandırma mərasimi 8 dekabr 2015-ci il tarixdə Türkiyə Mədəniyyət Nazirliyinin "Kiçik teatr" binasında keçiriləcək".
Qeyd edək ki, Türk dünyasının ilk pyes müsabiqəsi olan "Beynəlxalq Səhnə Əsərləri müsabiqəsi" Avrasiya Yazarlar Birliyi, TÜRKSOY və Türkiyə Dövlət Teatrları Müdirliyi tərəfindən, Türkiyə Nazirlər Kabinetinin Təbliğat Fondunun dəstəyi ilə keçirilib. Müsabiqəyə İran, İraq, Türkmənistan, Dağıstan və digər ölkələrlə yanaşı, Qazaxıstandan 16, Qırğızıstandan 11, Azərbaycandan 16, Türkiyədən isə 23 əsər təqdim edilib.
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...