“Xəzər” jurnalı yeni formatda
23 sentyabrda Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin konfrans zalında "Xəzər" jurnalının fəaliyyəti və növbəti sayının hazırlanması ilə bağlı müzakirələr aparılıb. Tədbiri giriş sözü ilə açan Mərkəzin "Elm, təhsil və mədəniyyət" şöbəsinin müdiri Yaşar Əliyev bildirib ki, rəngarəng tərcümə materialları ilə zəngin olacaq jurnal yeni format və nəfis tərtibatda işıq üzü görəcək. Daha sonra çıxış edən Saday Budaqlı, Zakir Fəxri, İlqar Əlfioğlu, Etimad Başkeçid, Zahid Sarıtorpaq və digər tərcüməçilər jurnalın daha fərqli və oxunaqlı olması üçün öz təkliflərini irəli sürüb və nəşrin növbəti nömrələrinə daxil ediləcək tərcümə əsərlərini müzakirə ediblər.
Xatırladaq ki, 1989-cu ildən çap olunan "Xəzər" tərcümə jurnalı oktyabr ayında oxucuların ixtiyarına veriləcək.
Qalereya
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...