“Aydın yol” qəzetinin 20-ci nömrəsi satışda
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin həftəlik mətbu orqanı olan "Aydın yol" qəzetinin 20-ci nömrəsində:
· Sonuncu İran Şahının sarayında saraydaxili intriqalardan bəhs edən “Bakılı Tacülmülükün xatirələri”;
· Paşa Əlioğlunun “XVII əsr Azərbaycan şairləri söz sənəti haqqında” məqaləsi;
· “Unudulmuş dəyərlər” rubrikasında yer alan Cəfər Cabbarlının “Kimdir Cani – Şeyx Nəsrullah, yoxsa Kefli İsgəndər?” adlı unudulmaz yazısı;
· Mahir Qarayevin tərcüməsində Rayner Maria Rilkenin şeirləri;
· “Ədəbi gənclik” rubrikasında yer alan Aqşin Yeniseyin şeirləri;
· İlqar Əlfinin təqdimatında “Hər Suala bir cavab” ensiklopedik məlumatlar toplusu;
· “Prezidentlər nə oxuyur” adlı sosial araşdırma;
· Vladimir Mayakovski haqqında “Ölüm – bütün cəhdlərin sonuncusu” adlı yazı
· Fereydun Tonkaboninin “Həyat” hekayəsi, həmçinin siyasət, mədəniyyət və ədəbiyyatla bağlı digər maraqlı məlumatlar.
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...