8 Mart – Beynəlxalq Qadınlar Günü
Bu gün dünyanın sevgi və şərəflə qeyd etdiyi 8 Mart Qadınlar Gününün tarixi alman siyasətçisi, hüquq müdafiəçisi, jurnalist Klara Setkinin (1857–1933) təklifi ilə 1910-cu ildə Kopenhagendə keçirilən iclasda qəbul olunub. Bu təqvim 1857-ci ilin 8 martında qadınların Nyu-Yorkda baş tutan 12 saatlıq iş rejiminə etiraz aksiyasından qaynaqlanıb. Qadın hüquq və azadlıqları uğrunda mübarizələr dolu illərdən sonra bu tarix 1977-ci ildə BMT tərəfindən Beynəlxalq Qadınlar Günü kimi rəsmiləşdirilib.
8 Mart – Qadınlar Günü hər il Azərbaycanda da rəsmi bayram kimi qeyd edilir. Azərbaycanda dövlət qadın siyasətinin əsasını qoymuş ümummilli lider Heydər Əliyev hər zaman ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırmaqla onların fəaliyyətinə geniş meydan yaradıb. Dövlət qadın siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Qadınların ictimai nüfuzunun artırılması, cəmiyyətdə rolunun yüksəldilməsi, gender siyasətinin gücləndirilməsi istiqamətində həyata keçirilən davamlı tədbirlərin nəticəsi olaraq bu gün Azərbaycan qadınları dövlət qurumlarında, parlamentdə, bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir və ölkənin inkişafına hər sahədə böyük töhfələr verirlər.
Tarix boyu qadınlar haqqında əsərlər yazılıb, qadına sevgi motivi dünya incəsənətinin, xüsusən poeziyanın ilham mənbəyi olaraq bəşəri şedevrlər yaradıb, görkəmli şəxsiyyətlər zaman-zaman qadınlar haqqında bir-birindən fərqli və maraqlı fikirlər söyləyiblər.
“Ailə – qadının hər zaman cavan qalması üçün çeşmədir”.
Avqust Bebel
“Həyat yoldaşı seçərkən qadının yalnız gözəlliyinə və cavanlığına üstünlük vermək izdivacın ən təhlükəlisidir”.
Vissarion Belinski
“Qadın ərini irəli apara bilmirsə, deməli, geriyə çəkir”.
Con Mill
“Qadının hüquqlarını qoruyan şəxs uşaq haqlarının, başqa sözlə desək, gələcəyin dayağına çevrilir”.
***
“Heç bir kişi qadının bədbəxtliyi üzərində öz xoşbəxtliyini qura bilməz”.
***
“Tərəddüd etmədən evlən. Əgər qarşına yaxşı qadın çıxsa, hamıdan fərqlənəcəksən, pisi çıxsa, filosof olacaqsan”.
Sokrat
“Qadının intuisiyası kişinin əminliyindən daha dəqiqdir”.
***
“Kişilərin yaddaşında əbədi qalmaq üçün bəzən qadının hansısa küçədən bir dəfə keçməsi kifayətdir”.
Redyard Kiplinq
“Əgər dünyada cəmi bir qadın qalsa belə, onun haqqında deməyə yeni bir söz tapılacaq”.
Con Buffle
“Qadınlarda qeyri-adi intuisiya olur. Onlar ən aydın görünənlərlə yanaşı, görünməyənləri sezə bilirlər”.
***
“Qadının nə düşündüyünü bilmək istəyirsinizsə, onun dediklərinə qulaq asmayın, sadəcə üzünə baxın”.
***
“Qadınlar biz yazıçılara həm ilham verir, həm də bu ilhamın reallaşmasına mane olurlar”.
***
“Kişi həmişə qadının ilk məhəbbəti, qadın isə kişinin son məhəbbəti olmağını arzulayır”.
Oskar Uayld
“Tanrı qızı, kişi isə qadını yaratdı”.
Beroald de Vervil
“Qadın nə istəyirsə, Tanrı da onu istəyir”.
Fransız zərb-məsəli
“Qadına hərdən hökm etmək üçün gərək həmişə itaətində durasan”.
Viktor Hüqo
“Hər şey insanın, insan isə qadının əlindədir”.
Aleksandr Fürstenberq
“Qadın hissiyyatı bəzən istənilən məntiqi dəlillərdən daha dəqiq olur”.
Artur Konan Doyl
“Qadın – zəriflik, nəciblik və səbir səltənətidir”.
Jan Jak Russo
“Qadın dünyada ən güclü varlıqdır. Kişini, Tanrının göstərdiyi yola, yalnız qadın yönəldə bilir”.
Henrix İbsen
“Qadın külək, yaxud ildırım kimi təbiət hadisəsidir”.
Con Torri
“Qadınlıq anadangəlmə olmur, zamanla qazanılır”.
Simona de Bovua
“Qadınlar nəinki kişilərin, heç özlərinin də səhvlərini bağışlamırlar”.
Alfred Kapyu
“Qadını idarə edə bilən, dövləti də idarə edə bilər”.
***
“Qadın ən səmimi etiraflarında da sükut üçün yer saxlayır”.
Onore de Balzak
“Eybəcər qadın yoxdur, sadəcə tənbəl qadın var”.
Helena Rubinşteyn
“Kişi, qadın haqqında istədiyini deməyi, qadın isə kişidən istədiyini yaratmağı xoşlayır”.
Sofya Seqyur
“Gecə yalnız ulduzlara və qadınlara parlaqlıq verir”.
Corc Bayron
“Qadın öz zəifliyi ilə silahlananda daha güclü olur”.
İvan Bunin
“Qadın həyatdan daha şirin, ölümdən daha acıdır”.
Solomon
“Qadın nəinki özünün ən yaxşı hakimi, həm də ən yaxşı cəlladıdır”.
Mark Tven
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...