Nəsiminin qəzəllər toplusu Jitomirdə təqdim edildi

Nəsiminin qəzəllər toplusu Jitomirdə təqdim edildi

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nəsiminin Ukraynada işıq üzü görmüş “І шляхом Істини постав я сам...”  (“Haqq yolu mən özüm oldum...”) şeirlər toplusu (Dövlət Tərcümə Mərkəzi) Jitomir Dövlət Politexnik Universitetində təqdim edilib.

Universitetin müəllim və tələbə heyəti, elm və sənət adamlarının, media və ictimaiyyət nümayəndələrinin qatıldığı toplantıda təhsil ocağının Elmi-pedaqoji iş və gənclər siyasəti üzrə prorektoru Yelena Denisyuk, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Vasili Mamray və digərləri çıxış edərək, 650 illiyi bu il Azərbaycanda və beynəlxalq aləmdə qeyd edilən dahi Nəsiminin yaradıcılığı haqqında fikirlərini bölüşüblər, ukrain dilində Ukraynada ərsəyə gətirilmiş kitabın şairin yaradıcılığı haqqında geniş təsəvvür yaratdığını bildiriblər.

Mərasimdən sonra kitab universitetin kitabxanasına, eləcə də Jitomir Vilayət Ədəbiyyat Muzeyi fonduna hədiyyə edilib. Muzeyin direktoru Vitali Yeremeyevlə görüş zamanı kitabın Ukraynanın digər  şəhər və vilayətlərinə yayılması imkanları müzakirə olunub.

Qalereya

VƏ DİGƏR...

  • Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında

    İngiltərənin populyar “Write Out Loud” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi... 

  • İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

    Almaniyanın populyar LESERING.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin alman dilinə tərcümə edilmiş Duz hekayəsinin yayınına başlayıb.

  • Mövlud Mövludun hekayəsi Türkiyə portallarında Mövlud Mövludun hekayəsi Türkiyə portallarında

    Türkiyənin populyar “Detayhaberler.com”“Dibace.net”“Haber.232.com” portalları Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində həyatdan vaxtsız getmiş istedadlı yazıçı Mövlud Mövludun türk dilinə...