Azərbaycan kitabı Belarus Respublikasında

Azərbaycan kitabı Belarus Respublikasında

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi fevralın 11-də Belarus Respublikasının paytaxtı Minsk şəhərində keçirilən XXII kitab sərgisinə qatılıb. Sərginin Fəxri qonağı Çin Xalq Respublikasıdır. 28 ölkənin iştirak etdiyi sərgidə Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyinin təşkilatçılığı ilə hazırlanan stenddə 200 adda kitab yerləşdirilib. 

İştirakçılara Azərbaycan respublikasının tarixini, mədəniyyətini özündə əks etdirən kitablarla yanaşı, 2015-ci il Avropa oyunlarının keçirilməsi ilə bağlı kitabçalar və vərəqələr paylanıb.

Qeyd edək ki, sərgidə Tərcümə Mərkəzini Yaşar Əliyev və Mahir Qarayev təmsil edir. Sərgi 15 fevral tarixinə qədər davam edəcək.

VƏ DİGƏR...

  • Qismətin şeirləri Avstriya portalında Qismətin şeirləri Avstriya portalında

    Avstriyanın populyar “Gedichtesammlung.net” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində gənc, istedadlı şair, esseçi Qismətin alman dilinə tərcümə edilmiş “Sevginin gözləri VanqaGecənin melanxoliyası”  Bağışlanma” şeirlərinin yayınına başlayıb.

  • Heydər Əliyev haqqında kitab İspaniya kitabxanalarında Heydər Əliyev haqqında kitab İspaniya kitabxanalarında

    Dövlət Tərcümə Mərkəzinin İspaniyada ərsəyə gətirdiyi “Vida de personas notables – Heydar Aliyev” (“Görkəmli şəxsiyyətlərin həyatı – Heydər Əliyev”) kitabı Madridin aşağıdakı mərkəzi kitabxana və universitetlərinə yerləşdirilib.

  • Rəbiqə Nazimqızının şeirləri İspaniya ədəbiyyat portalında Rəbiqə Nazimqızının şeirləri İspaniya ədəbiyyat portalında

    İspaniyanın populyar “Trabalibros” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində gənc, istedadlı şair Rəbiqə Nazimqızının ispan dilinə tərcümə edilmiş “Narahat şeir”, “Mənə bir şəkil göndər” şeirlərinin yayınına başlayıb.