Onore de Balzak, “Seçilmiş əsərləri” - 2010-cu il
Tərcümə edənlər : Şamil Zaman, Mikayıl Rəfili
Qorio ata
Tərcümə: M.Rəfili
* Mədəniyyət çarxı da hərəkəti etibarilə, Cagernaut bütü* arabasının çarxına bənzər; bu çarx gəlib başqa insanların qəlbi kimi o qədər də kövrək olmayan bir insan qəlbini tapdarkən, toxunar- toxunmaz onu qəhr edər və yenə də öz şərəfli yoluna davam edər (?). (səh.16)
* Nev-Sent-Jenevyev küçəsi bürünc bir çərçivə kimi bu hekayətin çərçivəsini təşkil etməyə hər şeydən artıq layiqdir (?), hekayət isə mümkün qədər ciddi fikirlər və tünd boyalar tələb edir ki, oxucu katakombaya* enən bir səyyahın hər pillə ilə günün işığı söndükcə və bələdçinin ahəngdar səsi get-gedə boğuq bir şəkildə səsləndikcə duyduğu qəribə bir hisslə qabaqcadan aşılansın (?). (səh.17)
* Gündüz bu qapıdan içəriyə baxanda küçənin qarşı tərəfində, arxın axırında qəribə bir divar görünür ki, bu divarın üzərində yerli bir rəssam yaşıl mərmər üslubunda bir tağ, divarın taxçasında isə Amur heykəli çəkmişdir. İndi qabığı soyulmağa başlayan, lak çəkilmiş bu Amura baxdıqda, rəmz həvəskarları, bəlkə də, bu heykəldə nəticələri qonşuluqdan müalicə edilən Paris məhəbbətinə bir işarə taparlar (?). (səh.17)
* Cökələrin kölgəsi altında yerə yaşıl rənglə rənglənmiş (?) dəyirmi stol basdırılmış, ətrafına skamyalar düzülmüşdür. Yayın qızmar günlərində günəşin, cücələri qırt toyuğun köməyi olmadan çıxara biləcək dərəcədə yandırdığı bir zamanda (?), kirayənişinlər burada əyləşib nəşə ilə qəhvə içirlər. (səh.18)
* Qoxuda iylənmiş bir şey, kif, çürüntü iyi duyulur (?). Bu qoxu insanın ətini ürpəşdirir, çürüntü iyi başa vurur, paltardan keçir, yenicə nahar edilmiş bir yemək otağı iyini verir, aşxana kimi, lakey damı kimi, arabaçı damı kimi iy verir (?). (səh.19)
Qulan dərisi
Tərcümə: Şamil Zaman
* Qumarxanadan çıxdıqda, ağızlarda gəzən öldürücü satirayla nəyə qadir olduğunuzu qumar oyunu sizə göstərəcəkdir (?). (səh.284)
* Şlyapasını verəndə əvəzində əlində üstündə (?) nömrə yazılmış karton parçası olan cavan oğlanın buna təəccüb etməsinin özü (yaxşı ki, onun şlyapasının kənarları çox yox, azacıq qatlanmışdı) onun bir qədər sadəlövh, təcrübəsiz olduğundan xəbər verirdi. (səh.284)
* Lənətə gəlmiş belə bir vaxtda, siz sakitliyilə adamı dəhşətə gətirən gözləri, qorxudan sifətləri, kartları sanki, yerdən qaldırıb yeyən baxışlan görərsiniz (?). (səh.285)
* Onların diplomatlara xas, sanki, gipsə salınmış donuq sifətləri iyrənc qəlblərindəki hər şeyi açıq-aydın göstərir, sanki, ürəklərinin döyüntüsünü belə onlara çoxdan unutdurmuşdu (?); (səh.286)
* Hər halda, xəstəlikdən daha ölümcül olan ehtiras, zehni əməkdən daha amansız olan xəstəlik bu cavan oğlanın cizgilərini korlamış, əzələlərini süstləşdirib gücdən salmış, eyş-işrətin, zəhmətin və xəstəliyin yenicə toxunduğu ürəyini əldən salmışdı. (səh.288)
VƏ DİGƏR...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...
-
Vaqif Bayatlı Odər yaradıcılığı Argentina ədəbiyyat portalında
Argentinanın populyar “Antología poética” (“Poetik antologiya” ) ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi...
-
Rəsul Rza yaradıcılığı ABŞ ədəbiyyat portalında
ABŞ-nin populyar “Poetryverse” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində...