Azərbaycan Dövlət Tərcümə Mərkəzi ölkədə yaşayan xarici vətəndaşlar üçün Azərbaycan dili kursları təşkil edir
Kursların təşkilində məqsəd – xarici ölkələrin Azərbaycan Respublikasındakı səfirliklərində, həmçinin ölkədə fəaliyyət göstərən qurum və şirkətlərdə çalışan xarici vətəndaşların Azərbaycan dilinə yiyələnməsinə şərait yaradılmasıdır.
Dərslər interaktiv və praktiki formatda, şifahi danışıq dilinin və yazı mədəniyyətinin mənimsənilməsi istiqamətində həyata keçirilir.
Kursların müddəti: – 6 – 12 ay
Məşğələlərin sayı: – həftədə 2 dəfə
Dərs saatı: – 1,5 saat
Ünvan: Mərkəzin inzibati binasi (Ə. Topçubaşov küçəsi, 74.)
Sənədlər aşağıda qeyd olunan elektron poçt ünvanına, kağız formatında qurumun poçtuna göndərilə, yaxud Kurs rəhbərliyinə təqdim edilə bilər.
Qeydiyyata zəruri sənədlər:
1) Şəxsiyyət vəsiqəsinin surəti;
2) 2 ədəd fotoşəkil;
3) CV.
Ünvan: Ə. Topçubaşov küçəsi, 74.
E-mail: idk@aztc.gov.az
Əlaqə telefonu: (+994 12) 595-10-69 (daxili nömrə: 107)
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...