İmadəddin Nəsimi yaradıcılığı Belarus ədəbi portalında

Belarusun məşhur “Cозвучие” (http://sozvuchie.by/poeziya/item/4157-larets-zhemchuzhin-poeziya-azerbajdzhana-imadeddin-nasimi.html) ədəbi portalı Azərbaycan Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı virtual aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin şeirlərinə, eləcə də həyat və yaradıcılığı haqqında məlumata geniş yer ayırıb.
Məlumatda deyilir: «Görkəmli Azərbaycan şairi İmadəddin Nəsimi həyatını ilahi həqiqət və insan kamilliyi yollarının axtarışına həsr etmiş dahi şəxsiyyətdir. İnsan fəlsəfəsinin hüdudları, intellektual imkanları, şüurun insan təkamülündə rolu, iç dünyasından sızan İlahi nur şairin yaradıcılığının əsas qayəsi, ana xəttidir”.
Qeyd edək ki, bir qədər əvvəl portal “Поэзия Азербайджана” adlanan bu rubrika altında dahi Azərbaycan şairləri Nizami Gəncəvi və Məhsəti Gəncəvinin şeirlərinə və yaradıcılıqlarına həsr olunmuş materiallara geniş yer ayırmışdı.
VƏ DİGƏR...
-
AZƏRBAYCAN DÖVLƏT TƏRCÜMƏ MƏRKƏZİ-nin 2014-2024-cü İLLƏR ÜZRƏ FƏALİYYƏTİNİN HESABATI
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...