Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişenko “Aydın yol”a müsahibə verdi
...Hər bir kitab oxucuya, müəllifin mənsub olduğu xalqın ruhunu tanımaq fürsəti verir. Xalqın ruhu – azad mühitdə öz düşüncə istiqaməti ilə yaşamaq deməkdir. Təəssüf hissi ilə bildirirəm ki, sovetlər dönəmində bir çox stereotiplər və miflər mövcud idi.
...Təbii ki, mən bütün kitabları oxumuram. Buna zaman darlığı imkan vermir. Hazırda Afaq Məsudun “Azadlıq” romanını oxuyuram. Olduqca maraqlı əsərdir və əsərdəki fikirlər mənim baxış bucağımla üst-üstə düşür: ölkə başçısının sadə və zəif olmağı yaxşıdır, yoxsa prinsipial və inadkar olaraq xalqına fayda verməyi? Əsərdəki təsvirlər yalnız Azərbaycana aid deyil, Maydan hadisələrindən sonra eyni vəziyyəti yaşadığımız üçün həmçinin bizə də aiddir. Maraqlıdır ki, insan anlayışı, psixologiyası – xüsusilə ölkə işğal altında olanda, yaxud kənar təzyiqlərə məruz qalanda bir-birinə daha yaxın olur. İndiki halda hər şey çox sadədir: biz bu təzyiqlərə və işğala məruz qalan ölkələrik. Bizə təzyiq göstərən tərəflər dünya mətbuatında haqqımızda mənfi fikirlər formalaşdırmağa çalışır.
...Bədii kitablar bəzən tarixin bir dövrünü, hər hansı siyası liderinin həyat və hakimiyyət dönəmini də əhatə edə bilir. Biz o kitabları oxuyarkən o dövr və dövrün şəxsiyyətləri haqqında kifayət qədər informasiya mənimsəmiş oluruq.
Azərbaycan Tərcümə Mərkəzinin təşəbbüsü ilə bu yaxınlarda Azərbaycan xalqına öz ana dilində təqdim olunan Nikolay Xomiç və Vladimir Danilenkonun kitabları da beləcə, Ukraynanın hazırkı tarixinin ümumi mənzərəsini əks etdirir. N.Xomiçin “Sərdabənin sirri” kitabını xüsusi vurğulamaq istərdim. Bu kitab azərbaycanlılara Ukraynanın əvvəlki və indiki vəziyyətini müqayisəli şəkildə görmək imkanı verir.
...Əzəldən Ukraynanın arzusu, bütün xalqlara öz qonaqpərvərliyini göstərmək olub. Bizim arzumuz, istəyimiz nədir? İstəyimiz bundan ibarətdir ki, dünyanın müxtəlif bucağından insanlar ölkəmizə gəlsinlər, dadlı xörəklər yesinlər, mənzərələrimizi seyr etsinlər, öz vətənlərinə Ukraynadan sevinc payı aparsınlar və heç bir halda bizdən qorxmasınlar. Biz bəzi işğalçı ölkələr kimi digər xalqların bizdən qorxmasını, güc, nüfuz və hökmranlığımızla tanınmağı heç zaman istəməmişik.
...İyirmi il əvvəl bir Ukrayna yazıçısı belə gözəl cümlə yazıb: “Dünyanın o başında bir dahi öldü və mən yetim qaldım...”. Bizim xalqların ruhu budur. Aramızda fərq qoymadan biz, hər iki xalq – Azərbaycan və Ukrayna hadisələri belə qəbul etməliyik.
...Ukrayna və Azərbaycanın müasir tarixində bir faktı qeyd etmək istərdim. Maydan hadisəsində İlqar Bağırov adlı bir azərbaycanlı Ukraynanın müstəqilliyi uğrunda canından keçib. Biz ancaq Böyük Vətən müharibəsi zamanı belə hadisələrin yaşandığını bilirdik, ancaq bu hadisə bizim dövrümüzdə – 13 sentyabr 2014-cü ildə Maydanda baş verib. Hər kəs təəccüb içində idi ki, Ukraynada doğulmadan, sonradan bura gələn bir azərbaycanlı bunu necə edə bildi? Bu, sözün əsl mənasında qəhrəmanlıq idi və vəfatından sonra o, qəhrəman adına layiq görüldü.
VƏ DİGƏR...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...
-
Vaqif Bayatlı Odər yaradıcılığı Argentina ədəbiyyat portalında
Argentinanın populyar “Antología poética” (“Poetik antologiya” ) ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi...
-
Rəsul Rza yaradıcılığı ABŞ ədəbiyyat portalında
ABŞ-nin populyar “Poetryverse” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində...