“Xəzər” dünya ədəbiyyatı jurnalının yeni sayı çapdan çıxıb

“Xəzər” dünya ədəbiyyatı jurnalının növbəti sayı nəşr olunub.
Jurnalın bu sayında:
* “Nobel kürsüsü” rubrikasında – Kazuo İşiquro “O günlərdən qalanlar” romanı;
* “Azərbaycan ədəbiyyatı” rubrikasında – Ələkbər Salahzadənin şeirləri;
* “Hekayə” rubrikasında – Edqar Ponun hekayələri;
* “Korifeylər” rubrikasında – Frans Kafka haqqında xatirələr və onun “Aclıq ustası” hekayəsi;
* “Gündəlik” rubrikasında – Yelena Bulqakovanın “Mən dustağam” gündəliyi;
* “Türk poeziyası” rubrikasında – Edip Cansevər, Cahit Zerifoğlu, Cemal Süreya, Ece Ayhan və Can Yücelin şeirləri;
* “Esse” rubrikasında – Yukio Misimanın “Günəş və polad” essesi;
* “Rus poeziyası” rubrikasında – Anna Axmatovanın şeirləri;
* “Teatr” rubrikasında – Martin Makdonaxın “Spokanlı təkqol” pyesi;
* “Ukrayna ədəbiyyatı” rubrikasında – Natali Kulişin hekayələri;
* “Roman” rubrikasında – Toni Morrisonun “Evə qayıdış” romanı və s. maraqlı yazılar yer alıb.
VƏ DİGƏR...
-
AZƏRBAYCAN DÖVLƏT TƏRCÜMƏ MƏRKƏZİ-nin 2014-2024-cü İLLƏR ÜZRƏ FƏALİYYƏTİNİN HESABATI
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...