Tərcümə Mərkəzinin rəhbərliyi jurnalistlərlə görüşəcək

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin rəhbərliyi tərəfindən 5 noyabr, saat 12:00-da Beynəlxalq Mətbuat Mərkəzində bu vaxta qədər olan, həmçinin, gələcək fəaliyyətlə bağlı mətbuat konfransı keçiriləcək.
Konfransda media nümayəndələrinə Mərkəzin qarşıda duran vəzifələri, ölkədə tərcümə sahəsinin vəziyyəti, mövcud problemləri və onların həlli yolları ilə əlaqədar görülən işlər barədə məlumat veriləcək.
Tədbirdə Mərkəzin rəsmi saytının (aztc.gov.az) və həftəlik mətbu orqanı olan “Aydın yol” qəzetinin saytının (aydinyol.az) təqdimatları olacaq.
VƏ DİGƏR...
-
AZƏRBAYCAN DÖVLƏT TƏRCÜMƏ MƏRKƏZİ-nin 2014-2024-cü İLLƏR ÜZRƏ FƏALİYYƏTİNİN HESABATI
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...