“Açıq kitab” elektron mütaliə portalında yeni bölmə
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin “Açıq kitab” elektron mütaliə portalında yeni bölmə – “İngilis dilində ədəbiyyat” bölməsi istifadəyə verilib. Bölmənin yaradılmasında məqsəd – dünya söz sənəti tarixində xüsusi yeri olan klassik və müasir ədəbiyyat nümunələrini portalın istifadəçilərinə ingilis dilində (orijinalda və ya tərcümədə) təqdim etmək, bu dili mükəmməl səviyyədə mənimsəmək istəyən oxucuların bədii dilə və ədəbiyyata marağını artırmaq, onlara kitabxananın zəngin arxivindən ödənişsiz istifadə imkanı yaratmaqdır.
Bunun üçün www.achiqkitab.az saytının “İngilis dilində ədəbiyyat” bölməsinə daxil olmaq və arzu olunan ədəbiyyatı seçmək kifayətdir.
VƏ DİGƏR...
-
Vaqif Bayatlı Odər yaradıcılığı Argentina ədəbiyyat portalında
Argentinanın populyar “Antología poética” (“Poetik antologiya” ) ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi...
-
Rəsul Rza yaradıcılığı ABŞ ədəbiyyat portalında
ABŞ-nin populyar “Poetryverse” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində...
-
“Məhəmməd Peyğəmbərin həyatı” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi görkəmli rus yazıçısı Vera Panova və oğlu – akademik Yuri Vaxtinin həmmüəllifliyi ilə qələmə alınmış...