"Azərbaycan dilinin orfoqrafiya lüğəti"ndə yer alan yüzlərlə lüzumsuz sözün təsnifatı verilib - SİYAHI
Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi hazırda "İşlək orfoqrafiya lüğəti" üzərində iş aparır.
Mərkəzdən "Report"a verilən məlumata görə, məqsəd, hazırda istifadədə olan "Azərbaycan dilinin orfoqrafiya lüğəti"ndə yer alan yüzlərlə yazılışı səhv, qəliz ərəb, fars və rus sözlərinin, mənası və mənbəyi bilinməyən söz və söz birləşmələrinin, müxtəlif şəkilçilər və hallandırmalarla artırılan, bəzən iki-üç şəkildə verilən ifadələrin, eləcə də sahə lüğətlərinə aid terminlərin, dərman, kimyəvi element adlarının təmizlənməsi, əvəzində milli ədəbi nümunələrdən aranıb tapılan sözlər daxil edilməklə işlək, aydın dil vəsaitinin ərsəyə gətirilməsidir.
Mərkəz "Azərbaycan dilinin orfoqrafiya lüğəti" kitabından orfoqrafiya lüğəti qaydalarına uyuşmayan sözlərin təsnifatını verib. "Report" onlardan bəzilərini təqdim edir.
Lüğətdə söz birləşmələrindən düzəldilən qurama sözlər kimi verilənlər: abraziv-maye, absorbsiyaolunma, acgözülüketmə, acıq-qıcıqsız, açıqgəzən, açıqgəzənlik, alçaqhüdürlüklü, allahquruculuq, alveollu-borulu, aram-qərar, aviabenzinli, açıq-örtülü, açılıb-partalama, açıq-saçıqlıqetmə, aparatproqram və s.
Mənşəyi və mənası anlaşılmayan sözlər: aqrari, alafsızlıq, alxımlı, alpari, alsız, aşıqvarlıq, aşıqvarılıq, aşısızlıq, aşçalammaq, abdalcasına, acındırçılıq, acıtərəflik, adadovşançılıq, adiatımlı, ağarışmaq, ağqarın və s.
Lüzumsuz təkrarlar və söz hallandırmaları: abırlanma, abırlanmaq, abırsızca, abidcəsinə, abituriyentli, abituriyentsiz, abqoralı, abqoralıq, abqorasız, acıq-qıcıqlı, acıq-qıcıqsız, acılandırma, acılandırmaq, acılama, acılamaq, acılaşdırma, acılaşdırmaq və s.
Yazılışı səhv sözlər: absorbsiyaedən, acgödənlikedən, acıqarpız, acizlikgöstərən, adəmağacı, ağzabaxan, ağgövdəli və s onlarla söz.
Terminlər: abaksial, abrek, abiotek, abissal, ablativ, abnos, addaks, addendum, adiabat, adonis və s.
Dialekt və ara sözlər: ağızdanharfa, ağmatan, ağzımvay, aleatorik, arvadqululuq, arvadoğlu, asfaltsifət, cığırsız-çəlimsiz.
İşlənməyən ərəb, fars və digər əcnəbi sözlər: abkeş, ab-tab, afaqi, akınlıq, abi-kasni, abgah, abxor, abi-çeşim, abco, ati, atil və s.
Bakı. 29 Mart, 2016 REPORT.AZ
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...