Azərbaycan "Beynəlxalq Hekayə Festivalı"nda
16-20 fevral tarixində İstanbulda düzənlənən Beynəlxalq Hekayə Festivalı 2500 gənc müəllif hekayəsi arasından seçilən ədəbi nümunələrin müsabiqə əsasında qiymətləndirilməsini həyata keçirib. Festivalda fəxri qonaq qismində iştirak edən tanınmış dünya yazarları arasında Azərbaycanı yazıçı Afaq Məsud təmsil edib.
Tədbirin İstanbulun Beynəlxalq Kültür Mərkəzində baş tutan açılış mərasimində çıxış edən Afaq Məsud ədəbiyyatın xalqlar və ölkələrarası qarşılıqlı anlaşmada əhəmiyyətli rolundan, bədii sözün, duyğunun, fikrin sərhədsizliyindən danışıb.
Fevralın 17-də İstanbulun İhsan Mərmərci Anadolu Liseyində təşkil edilmiş "Öykü okulu" tədbirində yazıçının türk dilində "Sərçələr" hekayəsi səsləndirilib, daha sonra məktəbin müəllim və tələbə heyətinin iştirakı ilə diskussiya keçirilib. Tədbir çərçivəsində proqram İstanbul Kültür Mərkəzində "Öykü okumaları", "Əsl hekayə bundan sonra başlanır", "Müasir dövrdə hekayənin rolu" adlı panellərdə məruzələr və müzakirələrlə davam etdirilib.
Qalereya
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...