"Yeni Söz" ədəbi yaradıcılıq müsabiqəsinə əsər qəbulunun müddəti uzadıldı
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin təsis etdiyi "Yeni Söz" ədəbi yaradıcılıq müsabiqəsinə əsər qəbulu davam edir. Mükafatın Azərbaycan ədəbi mühitində daha geniş arealı əhatə etməsi niyyəti ilə əsərlərin qəbul tarixi mart ayının 1-nə qədər uzadılıb.
Qeyd edək ki, müsabiqədə iştirak edən namizədlər üçün yaş məhdudiyyəti 35 yaşa qədərdir. Hər nominasiya üzrə qalib gəlmiş əsərlər xarici dillərə çevriləcək və beynəlxalq müstəvidə təbliğatı üzrə müəyyən işlər həyata keçiriləcək.
"Yeni Söz" ədəbi yaradıcılıq müsabiqəsi Azərbaycan dilində yazılmış ən yaxşı bədii nümunələrin üzə çıxarılması, Azərbaycan, həmçinin tərcümə edilərək dünya oxucusuna çatdırılması, istedadlı gənclərin yaradıcı potensialının dəyərləndirilməsi, dilimizin, söz sənətimizin zəngin, əvəzolunmaz məziyyətlərinin müəyyən edilməsi və gələcək nəsillərə ötürülməsi, gənc yazarlara diqqət və qayğının artırılması məqsədi ilə təsis edilib. Müsabiqənin 2 ildən bir keçirilməsi nəzərdə tutulur.
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...