Şeyx Şamilin silahdaşı Hacı Muradın nəşi Azərbaycana veriləcək
İmam Şamilin ən yaxın silahdaşlarından biri, avar əsilli Hacı Muradın (1790-1852) kəlləsinin qalıqları dəfn olunmaq üçün Azərbaycana veriləcək. Rusiyanın mədəniyyət naziri Vladimir Medinskinin müvafiq əmrinə əsasən, bu işlə xüsusi yaradılmış dövlətlərarası komissiya məşğul olacaq.
Dahi rus yazıçısı Lev Tolstoyun povestinin personajına çevrilmiş avar sərkərdənin mumiyalaşdırılmış başı uzun müddət Sankt-Peterburqda yerləşən Kunstkamerada, sonra isə Rusiya Dövlət Din Tarixi Muzeyində saxlanılıb.
2000-ci illərdə eksponat Rusiya Elmlər Akademiyasının xüsusi saxlanc kamerasına yerləşdirilib. Məşhur sərkərdənin sümükləri isə Şəki şəhəri yaxınlığında dəfn olunub.
Hacı Muradın kəlləsinin qalıqlarının qaytarılması ətrafında mübahisələr çoxdan davam edir. Belə hesab olunur ki, XIX əsrin birinci yarısında baş vermiş Şimali Qafqaz müharibəsinin məşhur iştirakçısı Dağıstanın Xunxaz kəndindəki ailə məzarlığında şəriət qanunlarına uyğun dəfn olunmalıdır.
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...