"Aydın yol" qəzetinin yeni sayı bu gün köşklərdə
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin mətbu orqanı olan həftəlik "Aydın yol" qəzetinin 18 sentyabr sayında:
* Bakıda IV Beynəlxalq kitab sərgi-yarmarkası keçirilir;
* XVIII əsrin ikinci yarısında Qarabağ xanlığının Osmanlı imperiyası ilə yazışmaları;
* Azərbaycan Xalq Cümhuriyyətinin Dağlı Respublikasına yardımları;
* Qurban Pirimovun sənət məktəbi;
* Musiqimizin qoşa qanadı;
* "26 Bakı komissarı, yaxud təhrif olunmuş tarix";
* Dünyanı fəth edən Azərbaycan gözəli;
* "Tam məxfi" layihəsində "Berlin tuneli";
* Vilayət Quliyevin tərcüməsində Səməd Ağaoğlunun "Atamın dostları" kitabından seçmələr;
* Mirzə Mehdi xan Astrabadi və onun "İnşa" əsəri;
* "Atalar və oğullar" rubrikasında kulinarlar Tahir Əmiraslanov və Ağakərim Şamidzadənin eyni suallara fərqli baxışları;
* Mahir Qarayevin tərcüməsində Mark Tvenin "Müsahibə alanla söhbət" hekayəsi;
* Ədəbi gənclik rubrikasında Qan Turalının "Həyatı köçürməyin cansıxıcı detalları" hekayəsi;
* İvo Andriçin "Körpülər"i;
* Oxunması vacib 10 yasaq kitab;
* Həmişə rahatlıq axtaran narahat kişi - Jan Qaben;
* "Məşhur yazıçının sevgi məktubu" və digər maraqlı yazılar yer alıb.
VƏ DİGƏR...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...
-
Vaqif Bayatlı Odər yaradıcılığı Argentina ədəbiyyat portalında
Argentinanın populyar “Antología poética” (“Poetik antologiya” ) ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi...
-
Rəsul Rza yaradıcılığı ABŞ ədəbiyyat portalında
ABŞ-nin populyar “Poetryverse” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində...