Tərcümə Mərkəzi IV Bakı Beynəlxalq kitab sərgi-yarmarkasında

Tərcümə Mərkəzi IV Bakı Beynəlxalq kitab sərgi-yarmarkasında

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakı İdman Sarayında keçirilən IV Bakı Beynəlxalq kitab sərgi-yarmarkasında iştirak edir. Sərgidə 100-ə yaxın milli, 30-a yaxın xarici ölkə nəşriyyatlarının, poliqrafiya müəssisələrinin məhsulları ilə yanaşı Tərcümə Mərkəzinin nəşrləri də nümayiş etdirilir.

Sərgi çərçivəsində kitab təqdimatları, imza saatları, yerli və xarici naşirlərin toplantıları, Azərbaycan Milli Kitabxanası ilə bir sıra xarici ölkə kitabxanaları arasında əməkdaşlıq sazişinin imzalanması, musiqili təqdimatlar, A.L.I.C.E. proqramının nümayişi nəzərdə tutulub.

Stendimizi həm ölkə vətəndaşları, həm də xarici qonaqlar ziyarət edir, kitablar, tərcümə kataloqları və digər tanıtım nəşrlərimizlə yaxından tanış olurlar. Nəşrlərimiz bütün kitabsevərlərə endirimlə təqdim olunur.

Qeyd edək ki, sərgi sentyabrın 18-dək davam edəcək. 

 

 

 

Qalereya

VƏ DİGƏR...