Tərcümə Mərkəzi növbəti mövsümdə qeyri-rezidentlər (Azərbaycanda yaşayan xarici vətəndaşlar) üçün dil kurslarına qəbul elan edir
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi qeyri-rezidentlərin (Azərbaycanda yaşayan xarici vətəndaşların) Azərbaycan dilini düzgün və daha rahat şəkildə mənimsəmələri məqsədilə dil kurslarına qəbul elan edir.
Kursun aidiyyatlı qrupu qismində xarici ölkələrin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirliklərində çalışan vətəndaşları, müxtəlif xarici qurumların Azərbaycanda fəaliyyət göstərən nümayəndələri, xarici şirkətlərin rəhbərləri və əməkdaşları, eləcə də Azərbaycan dilini öyrənmək həvəsində olan digər əcnəbi əsilli şəxslər nəzərdə tutulur.
Kurslar interaktiv və praktiki formatda təşkil edilir. Dərslər, əsasən şifahi danışıq dilinin və yazı mədəniyyətinin mənimsənilməsi istiqamətində həyata keçirilir.
Kursların başlanğıc tarixi: - sentyabr 2015
Müddəti: - 6-12 ay
Məşğələlərin sayı: - Həftədə 2 dəfə
Dərs müddəti: 1,5 saat
Kursların keçirildiyi ünvan: Tərcümə Mərkəzinin inzibati binasi (Əlimərdan Topçubaşov küçəsi, 74)
Kurslara qeydiyyata düşmək üçün sənədlər aşağıda qeyd olunmuş elektron poçt ünvanına göndərilməli, yaxud, kağız formatında Tərcümə Mərkəzinin kurs rəhbərliyinə təqdim edilməlidir.
Kurslara qeydiyyat üçün lazım olan sənədlər:
1) Şəxsiyyət vəsiqəsinin surəti
2) 2 ədəd fotoşəkil
3) CV
Ünvan: Əlimərdan Topçubaşov küçəsi, 74.
E-mail: idk@aztc.gov.az
Əlaqə telefonu: (+994 12) 595-10-69
VƏ DİGƏR...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...
-
Vaqif Bayatlı Odər yaradıcılığı Argentina ədəbiyyat portalında
Argentinanın populyar “Antología poética” (“Poetik antologiya” ) ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi...
-
Rəsul Rza yaradıcılığı ABŞ ədəbiyyat portalında
ABŞ-nin populyar “Poetryverse” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində...