"Aydın yol" qəzetinin yeni sayı sabah köşklərdə

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin mətbu orqanı olan həftəlik "Aydın yol" qəzetinin 3 iyul sayında:
* "Şeyx Cüneyd türbəsi – daşlaşan tarix";
* "Atalar və oğullar" rubrikasında rəssamlar Mir Teymur Məmmədov və Pərviz Abbasovun eyni suallara fərqli baxışları;
* "Azərbaycanlı qadınlara qarşı erməni qətliamı (1918-1920-ci illər)";
* "İbn Xəldun – sosiologiya elminin banisi";
* Dahilərin həyatı haqqında maraqlı faktlar;
* Cəfər Cabbarlının "Hara gedir Azərkino?" məqaləsi;
* "Tam məxfi" layihəsində “Troya atı əməliyyatı – Amerika kəşfiyyatını başıaşağı edən bir olayın inanılmaz tarixçəsi”;
* “Bakı zərbxanası”;
* Xəfi-Əlayi – xəstəliklərə və onların müalicəsinə dair müxtəsər şərh;
* İstandulun fatehi – Sultan Mehmet;
* “Çadrasız həyat və ya Azərbaycan feminizminin simvolu”;
* "Ədəbi gənclik" rubrikasında Günel Eminlinin sənədli hekayəsi;
* Yuri Kuznetsovun şeirləri;
* Fərid Hüseynin esseləri;
* “Poetik tərcümə – gözəllik, estetik görüntü, yoxsa adekvatlıq”;
* “Zəriflik simvolu Odri Herbern” və digər maraqlı yazılar yer alıb.
VƏ DİGƏR...
-
Fərhad Metenin şeirləri Türkiyə portalında
Türkiyənin populyar “Detayhaberler.com” portalı Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində gənc, istedadlı şair, dünyasını vaxtsız dəyişmiş Fərhad Metenin türk dilinə uyğunlaşdırılmış "Həyat" və "İstədiyin kimi" şeirlərinin yayınına başlayıb...
-
Aqşin Yeniseyin “Ən yaxşı qadın” şeiri Bolqarıstan elektron ədəbiyyat jurnalında
Bolqarıstanın populyar “Literaturen sviat” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində istedadlı şair Aqşin Yeniseyin “Ən yaxşı qadın” şeirinin yayınına başlayıb.
-
Mirmehdi Ağaoğlunun hekayəsi Rusiya ədəbiyyat portalında
Rusiyanın populyar “Proza.ru” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində gənc, istedadlı yazıçı Mirmehdi Ağaoğlunun rus dilinə tərcümə olunmuş “Elektron poçt sifarişi” hekayəsinin yayınına başlayıb...