“Aydın yol” qəzetinin növbəti sayı artıq köşklərdə
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin həftəlik mətbu orqanı olan "Aydın yol" qəzetinin bu gün (5 iyun) işıq üzü görən 21-ci sayında:
* Sonuncu İran Şahının sarayında saraydaxili intriqalardan bəhs edən “Bakılı Tacülmülükün xatirələri”;
* “Unudulmuş dəyərlər” rubrikasında Eldar Baxışın şeirləri;
* Afaq Məsudun “Duyğular imperiyası”;
* Filologiya üzrə elmlər doktoru Salidə Şərifovanın “Məxdumqulu Fəraqi irsi: Türkmən və ümumtürk dəyərlər qovşağında” adlı araşdırma;
* Mətbuat Şurasının sədri Əflatun Amaşovun müsahibəsi;
* Mahir Qarayevin tərcüməsində Volfhanq Borhertin iki hekayəsi;
* “Ədəbi gənclik” rubrikasında Mirmehdi Ağaoğlunun “Mərəz”i;
* İlqar Əlfinin təqdimatında “Hər suala bir cavab” ensiklopedik məlumatlar toplusu;
* Kulturologiya elmləri doktoru Çingiz Abdullayevin “Azərbaycan muğamının sərhəd tanımayan qüdrəti” yazısı;
* “Əsirlikdə ölən sultan İldırım Bəyazid”,
* "Mənsur necə Həllac oldu?”
* Feyziyyə Soltanmuradovanın “Məni bağışla...” essesi;
* Rəbiqə Nazimqızının “Yılmaz Ərdoğana məktublar”ı;
* “Orest Kiprenski – Yol ayrıcında qalan rəssam” yazısı;
* “Oskar”ı hədəf saymayan – Luis Bunuel” və digər maraqlı yazılar yer alıb.
VƏ DİGƏR...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...
-
Vaqif Bayatlı Odər yaradıcılığı Argentina ədəbiyyat portalında
Argentinanın populyar “Antología poética” (“Poetik antologiya” ) ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi...
-
Rəsul Rza yaradıcılığı ABŞ ədəbiyyat portalında
ABŞ-nin populyar “Poetryverse” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində...