Azərbaycan Praqada keçirilmiş 21-ci Beynəlxalq Kitab Sərgisində təmsil olunub
Azərbaycan Respublikasının Çexiyadakı Səfirliyi və Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin təşkilatçılığı ilə ölkəmiz Praqada keçirilmiş 21-ci Beynəlxalq Kitab Sərgisində təmsil olunub.
Sərgidə müxtəlif dövlətlərlə yanaşı, “Azərbaycan” stendi də quraşdırılıb və ölkəmizin tarixinə, mədəniyyətinə, ədəbiyyatına, turizm imkanlarına aid çoxlu sayda kitab və çap məhsulları nümayiş etdirilib.
Azərbaycan Respublikasının Çexiyadakı səfiri Fərid Şəfiyev və Tərcümə Mərkəzinin direktoru Afaq Məsudun rəhbərlik etdiyi nümayəndə heyəti sərginin açılışında iştirak edib, tədbirin təşkilatçıları və digər qonaqlarla görüşüblər. “Azərbaycan” stendinə maraq göstərən şəxslərə ölkəmizin tarixi və mədəniyyəti haqqında məlumat verilib, kitab və digər çap məhsulları hədiyyə edilib.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
Qalereya
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...