Dünya liderləri Heydər Əliyev haqqında

Dünya liderləri Heydər Əliyev haqqında

   Tarixin yaddaşında əbədi iz qoymaq hər siyasi xadimin, dövlət başçısının taleyinə yazılan xoşbəxtlik deyil. Bütün həyatını xalqının işıqlı  gələcəyinə, Azərbaycanının  çiçəklənməsinə həsr etmiş böyük  Heydər Əliyevi tarixdə əbədiləşdirən, ilk növbədə, onun Vətəninə, xalqına, milli-mənəvi dəyərlərinə – dilinə, mədəniyyətinə və ədəbiyyatına  olan hüdudsuz sevgisi, onların qorunması və tərəqqisi uğrunda bütün dönəmlərdə apardığı  taleyüklü mücadilələr, dövrün sərt qadağalarına baxmayaraq milləti və Vətəni naminə atdığı cəsarətli, tarixi addımlar, Azərbaycanın bu günü naminə həyata keçirdiyi misilsiz və möhtəşəm layihələrdir. 

      Aztc.gov.az dünyanın tanınmış dövlət xadimlərinin müxtəlif dövrlərdə Azərbaycanın Ümummilli lideri Heydər Əliyev haqqında söylədikləri fikirləri təqdim edir.

 


   “Heydər Əliyev təkcə Azərbaycanda deyil, bütün türk dünyasında tanınan və sevilən liderdir”.

                                                              Rəcəb Tayyib Ərdoğan, Türkiyənin Prezidenti

 

 

  “Heydər Əliyev, həqiqətən, Rusiyanın böyük dostu idi, biz bunu hiss edirdik və çox qiymətləndiririk. O, böyük dövlət xadimi idi. Mübaliğəsiz demək olar ki, siyasət nəhəngi idi. Mən ona, sadəcə, böyük hörmətlə yanaşmırdım, mən ona məhəbbət bəsləyirdim".

                                                                          Vladimir Putin, Rusiyanın Prezidenti

 

 

   “Heydər Əliyevin şəksiz liderliyinə, cəsarətinə, misilsiz dünyagörüşünə və natiqlik istedadına valehəm!”

                                                   Corc Buş, Amerika Birləşmiş Ştatlarının Prezidenti

 

 

    “Heydər Əliyev təkcə Azərbaycanın deyil, bütün türk dünyasının yetişdirmiş olduğu ən məşhur dövlət xadimlərindən biridir”.

                                                                        Süleyman Dəmirəl, Türkiyənin Prezidenti 

 

 

  “Mən Heydər Əliyevə böyük hörmət və ehtiram bəsləyirəm, onun siyasi fəaliyyətini və məharətini, uzaqgörənliyini yüksək qiymətləndirirəm”.

                                                                                        Butros Qali, BMT-nin Baş katibi


   “Bu qeyri-adi şəxsiyyət Azərbaycanı çiçəklənmə yoluna gətirib çıxarmışdır. Müxtəlif görüşlərimiz zamanı, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr apararkən münaqişənin sülh yolu ilə həllində onun göstərdiyi cəsarəti, müdrikliyi və qətiyyəti yüksək qiymətləndirirdim”.

Jak Şirak, Fransanın Prezidenti

 

 

    “Heydər Əliyevin simasında Azərbaycan Respublikası uzun illər ərzində ölkənin bütün həyatına dərindən nüfuz etmiş və Azərbaycanın tarixində əbədi yer tutmuş böyük dövlət xadimini itirib. Onun adı ölkəsinin müstəqilliyinin bərqərar olması, qazandığı tarixi nailiyyətlərlə daim bağlı olacaq”.

Gerhard Şröder, Almaniya Federativ Respublikasının Federal kansleri

 

 

    “Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər. Onun Prezident kimi fəaliyyəti dövründə ölkələrimiz arasında münasibətlərdə tərəqqi yarandı və Azərbaycan Avropa ilə əlaqələrini daha da yaxşılaşdırdı”.

Toni Bleyer, Böyük Britaniyanın Baş naziri

 

 

   “Prezident Heydər Əliyev Azərbaycanın müstəqillik qazanmasının, ölkənin bugünkü inkişafının təməlini qurmaqla bərabər, regionda sülh və sabitliyin qorunması istiqamətində misilsiz xidmət göstərən əvəzolunmaz lider idi”.

Dzünitiro Koidzumi, Yaponiyanın Baş naziri

 

 

   “Beynəlxalq aləmdə tanınmış siyasətçi, Çin Xalq Respublikasına dostluq münasibəti bəsləyən, qədim Çin xalqının dostu olan cənab Heydər Əliyev Çin–Azərbaycan dostluq münasibətlərinin inkişafında böyük rol oynamışdır”.

Xu Szintao, Çin Xalq Respublikasının Sədri

 

   “Prezident Heydər Əliyev yenicə ayağa qalxan Azərbaycan Respublikasının sabitlik və tərəqqiyə qovuşmasında təsirli rol oynamış, gözəl Azərbaycan xalqının rifahı, asayişi naminə səy göstərmiş təcrübəli və məşhur siyasət xadimi olmuşdur. Heydər Əliyevin regional sülh və dostluğa nail olunması, iki dost, qardaş ölkə olan İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələrin dərinləşdirilməsi yolunda xidmətləri heç vaxt xatirələrdən silinməyəcək”.

Seyid Məhəmməd Xatəmi, İran İslam Respublikasının Prezidenti

 

 

   “Görkəmli siyasi xadim, çox dərin zəkaya və heyranedici cazibə qüvvəsinə malik insan – Heydər Əlirza oğlu Azərbaycan Respublikası üçün, MDB-nin inkişafı üçün, Qazaxıstan və Azərbaycan xalqlarının çoxəsrlik dostluğunun möhkəmlənməsi üçün çox işlər görmüşdür”.

Nursultan Nazarbayev, Qazaxıstan Respublikasının Prezidenti

 

 

   “Heydər Əliyevin adı doğma torpaqla qırılmaz surətdə bağlıdır. Müstəqil və suveren Azərbaycanın çiçəklənməsi və tərəqqisi, ölkədə ictimai-siyasi vəziyyətin sabitləşməsi və regionda yorulmadan möhkəm sülh axtarışı Heydər Əlirza oğluna bütün dünyada yüksək nüfuz və səmimi hörmət qazandırmışdır. Onun işləri və xidmətləri qədirbilən Azərbaycan xalqının və bütün xoşməramlı insanların xatirəsində əbədi yaşayacaq”.

Emoməli Rəhmon, Tacikistan Respublikasının Prezidenti

 

 

   “Hörmətli siyasətçi və dövlət xadimi kimi Heydər Əliyevin adı və nüfuzu Azərbaycan Respublikasının beynəlxalq birlikdə qazandığı layiqli yerlə qırılmaz surətdə bağlı olacaq.

    Biz müasir beynəlxalq gerçəklik şəraitində Bolqarıstan–Azərbaycan dostluq münasibətlərinin inkişafında və möhkəmlənməsində Heydər Əliyevin böyük şəxsi töhfəsini yüksək qiymətləndiririk”.

Georgi Pirvanov, Bolqarıstan Respublikasının Prezidenti

 

   “Azərbaycanın müstəqilliyinin təşəkkülündə və möhkəmlənməsində, beynəlxalq aləmdə nüfuzunun yüksəlməsində, ölkələrimiz və xalqlarımız arasında ikitərəfli münasibətlərin inkişafında və genişlənməsində Heydər Əliyevin tarixi rolu misilsizdir”.

İslam Kərimov, Özbəkistan Respublikasının Prezidenti

 

 

   “Heydər Əliyev bütün həyatını doğma xalqına, öz ana Vətəninə fədakarcasına xidmətə həsr etmişdir. Moldova Respublikasında Heydər Əliyevi həmişə böyük vətənpərvər kimi, ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi uğrunda, Avropada və bütün dünyada demokratiya idealları uğrunda, sabitliyin və təhlükəsizliyin qorunub saxlanması uğrunda mübariz kimi tanımış və qiymətləndirmişlər”.

Vladimir Voronin, Moldova Respublikasının Prezidenti

 

 

 

 

 

 

 

 

 

VƏ DİGƏR...