Macarıstanın səfiri Tərcümə Mərkəzində olub

Mayın 18-də Macarıstanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri cənab Viktor Szederkenyi Dövlət Tərcümə Mərkəzində olub.
Görüş zamanı Mərkəz tərəfindən müxtəlif illərdə Azərbaycan dilində ərsəyə gətirilmiş macar ədəbiyyatı nümunələri ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycan–Macarıstan ədəbiyyatlararası əlaqələrin genişləndirilməsi istiqamətində atılacaq növbəti addımlar müzakirə edilib.
Qalereya
VƏ DİGƏR...
-
Mirmehdi Ağaoğlunun hekayəsi Rusiya ədəbiyyat portalında
Rusiyanın populyar “Proza.ru” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində gənc, istedadlı yazıçı Mirmehdi Ağaoğlunun rus dilinə tərcümə olunmuş “Elektron poçt sifarişi” hekayəsinin yayınına başlayıb...
-
Ernest Heminqueyin “Seçilmiş əsərləri” nəşr olundu
Dövlət Tərcümə Mərkəzinin 150 cildlik “Dünya ədəbiyyatı inciləri” seriyasından növbəti kitab – dünya şöhrətli Amerika yazıçısı, Nobel mükafatı laureatı Ernest Heminqueyin “Seçilmiş əsərləri” işıq üzü görüb.
-
“Xosrov və Şirin”in yeni tərcümədə nəşri ədəbi ictimaiyyətə təqdim olundu
Dövlət Tərcümə Mərkəzinin yeni nəşri – “Nizami Gəncəvi ili” münasibətilə dahi Azərbaycan şairinin “Xosrov və Şirin” poemasının yeni filoloji tərcüməsi Milli Kitabxanada ictimaiyyətə təqdim olundu.