Tərcümə Mərkəzinin Misir Mədəniyyət Mərkəzi ilə qarşılıqlı əməkdaşlıq görüşü keçirilib
Nazirlər Kabineti yanında Azərbaycan Tərcümə Mərkəzinin (AzTM) Misir Mədəniyyət Mərkəzi ilə qarşılıqlı əməkdaşlıq görüşü keçirilib. AzTM-nin mətbuat işləri üzrə müşaviri Fərid Hüseynovun APA-ya verdiyi məlumata görə, Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin nəzdində fəaliyyət göstərən mərkəzin mədəniyyət attaşesi və müdiri Əhməd Sami Elayd ilə Tərcümə Mərkəzinin direktoru Afaq Məsud arasında baş tutan görüşdə Azərbaycan mədəniyyətinə, ədəbiyyatına və Qarabağ probleminə aid siyasi, elmi və bədii kitabların tərcümə məsələləri müzakirə edilib:
"Misir Ərəb Respublikasının səfirliyinin nəzdində fəaliyyət göstərən Misir Mədəniyyət Mərkəzinin Tərcümə Mərkəzi ilə yaradıcı əlaqələrin qurulması, Misirdə keçiriləcək beynəlxalq sərgi-yarmarkalarda ölkəmizin təmsil olunması məsələləri ətrafında söhbət aparılıb. Gündəmə gətirilən məsələləri mərkəz yaxın zamanlarda həyata keçirməyə başlayacaq".
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...