Çağdaş Ukrayna ədibinin əsərləri Azərbaycan dilində

Azərbaycan Tərcümə Mərkəzindən yeni nəşr – çağdaş Ukrayna ədəbiyyatının tanınmış siması Vladimir Danilenkonun “Qürub çağının işığında” kitabı çap olunub.    

Əsərlərindəki lakoniklik, özünəməxsus satira və ironiya tərzi Danilenkonu Ukrayna ədəbi mühitinin ən çox oxunan müəlliflərindən birinə çevirib.    

Yazıçının “Tarnovskilər malikanəsindəki kölgələr” və “Mənim qarayanız, qıvrımsaç günəşim” romanları, eləcə də “Qulaqlar”, “Kiyevli oğlan”, “Qürub çağının işığında”, “Göbələk çığırtısı”, “Turovestdə futbol”, “Zanbaqlar arasındakı iz”, “Dovşan” hekayələri daxil edilmiş kitabı dilimizə tanınmış Azərbaycan yazıçısı, tərcüməçi Etimad Başkeçid tərcümə edib.

 

VƏ DİGƏR...