Tərcümə Mərkəzinin yeni nəşri – “Zəfər və ilğım” kitabı işıq üzü gördü
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri – tanınmış rus yazıçısı Valeri İvanov-Taqanskinin “Zəfər və ilğım” kitabı işıq üzü görüb.
Kitab Moskvanın məşhur Taqanka teatrının tarixini, bu qədim sənət ocağında çalışmış Yuri Lübimov, Valeri Zolotuxin, Vladimir Vısotski kimi sənət adamlarının, eləcə də azad yaradıcılıq havasıyla yaşayan teatr truppasının sovet ideologiyası basqısı altında üzləşdiyi çətinlikləri, mədəniyyət sahəsində hökm sürən ətalətin yaradıcı kollektivə təsiri, teatrın yüksəlişi və parçalanması proseslərini sənədli faktlarla əks etdirir.
Kitabı Azərbaycan dilinə yazıçı-tərcüməçi Etimad Başkeçid çevirib. Nəşrin redaktoru Əyyub Qiyasdır.
Əsərin elektron versiyası yaxın günlərdə Mərkəzin “Açıq kitab” elektron kitabxanası vasitəsi ilə onlayn mütaliəçilərin ixtiyarına veriləcək.
VƏ DİGƏR...
-
“Gürcüstan poeziyası günləri” Dövlət Tərcümə Mərkəzində
Dövlət Tərcümə Mərkəzi “Gürcüstan poeziyası günləri” çərçivəsində müasir gürcü poeziyasının tanınmış simaları...
-
Məhəmməd Füzuli yaradıcılığı Polşa ədəbiyyat portallarında
Polşanın populyar “salon24.pl” və “ngo.pl” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin polyak dilinə tərcümə edilmiş ...
-
Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında
Dövlət Tərcümə Mərkəzi və Rusiya Tərcümə İnstitutunun birgə layihəsi çərçivəsində ərsəyə gətirilmiş tanınmış uşaq yazıçısı Elvira Araslının “Əfsanənin ikinci həyatı” kitabı...