“Azərbaycan-ərəb dili danışıq kitabçası” işıq üzü görüb
ARNK yanında Tərcümə Mərkəzinin növbəti nəşri – “Azərbaycan-ərəb dili danışıq kitabçası” işıq üzü görüb. Kitabçada yolda, məişətdə, görüş, ilkin tanışlıq zamanı istifadə olunan söz və ifadələr “Şəhərdə”, “Mehmanxanada”, “Sərhəddə”, “Vağzal”, “Restoranda”, “Bərbərxana”, “Kino, hobbi və istirahət”, “Park və zoopark”, “Çimərlik və dəniz gəzintisi”, “Alış-veriş və xidmətlər”, “Əlaqə vasitələri”, “Tibbi yardım”, “Təqvim”, “İdman”, “Polis”, “Valyutadəyişmə” kimi tematik bölümlər üzrə qruplaşdırılmaqla yanaşı, sonda hər mövzuya uyğun lüğət yer alıb.
Vəsaitin tərtibçisi Şahin Ələsgərov, redaktorları Yaşar Əliyev və Əhməd Sami Elaydidir.
VƏ DİGƏR...
-
“Gürcüstan poeziyası günləri” Dövlət Tərcümə Mərkəzində
Dövlət Tərcümə Mərkəzi “Gürcüstan poeziyası günləri” çərçivəsində müasir gürcü poeziyasının tanınmış simaları...
-
Məhəmməd Füzuli yaradıcılığı Polşa ədəbiyyat portallarında
Polşanın populyar “salon24.pl” və “ngo.pl” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin polyak dilinə tərcümə edilmiş ...
-
Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında
Dövlət Tərcümə Mərkəzi və Rusiya Tərcümə İnstitutunun birgə layihəsi çərçivəsində ərsəyə gətirilmiş tanınmış uşaq yazıçısı Elvira Araslının “Əfsanənin ikinci həyatı” kitabı...