“Nərgizlə Nigarın nağılları” kitabı nəşr olundu

Azərbaycanın Xalq yazıçısı Hüseyn Abbaszadənin “Nərgizlə Nigarın nağılları” kitabı işıq üzü görüb.
Uşaq auditoriyasının mütaliəsi üçün Azərbaycan, ingilis və rus dilində ərsəyə gətirilmiş kitaba yazıçının, sevimli nəvələri – Nərgiz və Nigar haqqında qələmə aldığı “Nərgiz və Nərgiz gülü”, “Babaya hədiyyə”, “Yeriyən yarpaqlar”, “Qumru quşunun balaları”, “Bir parça çörək”, “Meşədə”, “Nənə uşaq olanda”, “Ağaclar yanır”, “İlan”, “Ayı balası”, “Volan və yalan” hekayələri daxil edilib.
Kitabın redaktoru Bəhlul Abbasovdur.
Kitab Dövlət Tərcümə Mərkəzinin mətbəəsində çap edilib.
Kitabı yaxın günlərdə aşağıdakı mağazalardan əldə etmək olar:
“Kitabevim.az”
“Akademkitab”
“Akademiya” kitab evi
“Azərkitab”
Prezident Aparatının Kitab Evi
Azərbaycan Dillər Universitetinin satış köşkü
“Pero” kitab mağazası
“Oxumalı” kitab evi
“Lider” kitab evi
VƏ DİGƏR...
-
Viktoriya Romero: “Mərkəzlə Latın Amerikası səfirliklərinin birgə layihələri davam etdirilməlidir”
Meksika Birləşmiş Ştatlarının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri xanım Viktoriya Romero sentyabrın 26-da Dövlət Tərcümə Mərkəzinə təşrif buyurub. Görüş zamanı Latın Amerikası ədəbiyyatının Azərbaycanda tanıdılması ilə bağlı Mərkəzin həyata keçirdiyi tərcümə və nəşr layihələri, ölkələrarası ədəbi əlaqə və mübadilələrin genişləndirilməsi istiqamətində görüləcək işlər ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycanda Latın Amerikası ədəbiyyatına olan sevgi və marağın, Mərkəzin 90-cı illərdən başlayaraq bu istiqamətdə davamlı şəkildə həyata keçirdiyi tərcümə və nəşr layihələrinin, Qabriel Qarsia Markes, Xuan Rulfo, Karlos Fuentes, Pablo Neruda, Mario Varqas Lyosa kimi dünya çaplı şair və yazıçıların ədəbi irsinin Azərbaycan oxucusuna çatdırılmasının əhəmiyyəti vurğulanıb.
-
Sertifikatlar sahiblərinə təqdim olundu
Dövlət Tərcümə Mərkəzinin peşəkar tərcümə mütəxəssislərinin müəyyən edilməsi məqsədilə keçirdiyi növbəti Seçim Turları başa çatıb. Turlarda ictimai-siyasi, beynəlxalq münasibətlər, elmi-texniki, iqtisadiyyat, maliyyə və hüquq sahələri üzrə uğur əldə etmiş tərcümə mütəxəssisləri Mərkəzin sertifikatları ilə təltif edilib.
-
Məşhur Seretelinin kitabı ilk dəfə Azərbaycan dilində
ADTM Tərcümə Agentliyi Gürcüstan Yazıçılar Evinin qrant layihəsi çərçivəsində gürcü poeziyasının klassiki, şair Akaki Seretelinin seçmə poetik nümunələrinin toplandığı “Mənim nəğmələrim” adlı şeirlər kitabını nəşr edib.