“Xalq qəhrəmanlıq eposu” Azərbaycan dilində
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin növbəti nəşri – Viktor Jirmunskinin “Xalq qəhrəmanlıq eposu” kitabı işıq üzü görüb. “Xalq qəhrəmanlıq eposu” – german və roman, rus və cənubi slavyan, Orta Asiya və Azərbaycan xalqlarının dastan yaradıcılığı – “Kitabi Dədə Qorqud”, “Koroğlu”, “Alpamış” və karel-fin dastanı “Kalevala” və s. arasında müqayisəli elmi araşdırmaların yer aldığı dəyərli tədqiqat məxəzidir.
Kitab ixtisaslaşmış auditoriya, elm və tədris müəssisələri, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Əsəri dilimizə Etimad Başkeçid çevirib. Ön sözün müəllifi akademik Muxtar İmanovdur.
VƏ DİGƏR...
-
Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında
Dövlət Tərcümə Mərkəzi və Rusiya Tərcümə İnstitutunun birgə layihəsi çərçivəsində ərsəyə gətirilmiş tanınmış uşaq yazıçısı Elvira Araslının “Əfsanənin ikinci həyatı” kitabı...
-
Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında
İngiltərənin populyar “Write Out Loud” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi...
-
İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında
Almaniyanın populyar “LESERING.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin alman dilinə tərcümə edilmiş “Duz” hekayəsinin yayınına başlayıb.