“Xəzər” dünya ədəbiyyatı jurnalının növbəti sayı tezliklə satışda

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin rüblük mətbu orqanı olan "Xəzər" dünya ədəbiyyatı jurnalının növbəti (2/2015) sayı tezliklə oxucuların görüşünə gələcək.

Jurnalın bu sayında oxuya bilərsiniz:

* Nobel mükafatı laureatı Kamilo Xose Selanın nobel nitqi və "Paskual Duartenin ailəsi" romanı;

* Amerika şairi Enn Sekstonun şeirləri;

* Məşhur ingilis yazıçısı İen Makyuenin "Boltype" jurnalına verdiyi müsahibə və "Şkaf-adamla söhbət" hekayəsi;  

* "Tarixin axarını dəyişən məktublar" başlığı altında Türk xaqanlarının yazışmaları,

* Con Perkinsin "Killerin etirafları" kitabından parçalar;

* Yuri Kuznetsovun şeirləri;

* Çağdaş Misir ədəbiyyatından İhsan Abdul-Qaddusun "Avtobus oğrusu" novellası;

* Rusiyanın bir çox qəzet və jurnallarında tarixi rubrikaların aparıcısı olan Yuri Bezelyanskinin görkəmli fransız dramaturqu, Absurd teatrın klassiki Ejen İonesko haqqında yazısı;

* Ejen İoneskonun "Dörd nəfərlik səhnə" pyesi;

* Müasir İsveç ədəbiyyatı və teatrının banisi Avqust Strindberqin "Vicdan əzabı" hekayəsi;

* İvan Zaxaryinin (Yakunin) "Şeyx Şamil" adlı memuarı;

* Uruqvay yazıçısı Mario Benedettinin "Yaxın sahil" romanı yer alır.

 

 

 

DİGƏR MƏQALƏLƏR