Kolumbiya səfirliyində Markes gecəsi

Kolumbiya Respublikasının Azərbaycandakı səfirliyi və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin birgə təşkilatçılığı ilə görkəmli Kolumbiya yazıçısı, Nobel mükafatı laureatı Qabriel Qarsiya Markesin yaradıcılığına həsr edilmiş tədbir keçirilib. Toplantını giriş sözü ilə Kolumbiya səfirliyinin müvəqqəti işlər vəkili xanım Marta Galindo açaraq, dahi yazıçının həyat yolu və yaradıcılığından danışıb, 1982-ci ildəki Nobel çıxışından və “Akkordeon” əsərindən parçalar səsləndirib. Sonra söz Mərkəzin Aparat rəhbəri Yaşar Əliyevə verilib. Daha sonra Mərkəzin dil və tərcümə mütəxəssisləri İlqar Əlfi, Mahir Qarayev, Etimad Başkeçid, Fərhad Abdullayev və digərləri Markesin yaradıcılığı və jurnalistik fəaliyyəti ilə bağlı fikirlərini bölüşüblər.

DİGƏR MƏQALƏLƏR