Tərcümə Mərkəzinin əməkdaşı Yunanıstan Mədəniyyət Fondunun koordinatoru ilə görüşüb

Tərcümə Mərkəzinin əməkdaşı Yunanıstan Mədəniyyət Fondunun koordinatoru ilə görüşüb

XXXIII Beynəlxalq İstanbul Kitab Fuarı günlərində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin mətbuat və nəşr məsələləri üzrə müşaviri Fərid Hüseyn Yunanıstan Mədəniyyət Fondunun  (Hellenic Foundation for Culture) koordinatoru Nopi Chatzigeorgiou ilə görüşüb. Görüş zamanı Tərcümə Mərkəzinin fəaliyyəti ilə maraqlanan N.Chatzigeorgiou bildirib ki, Azərbaycanda tərcümə işi ilə məşğul olan rəsmi bir təşkilatın yaradılması çox müsbət haldır.
N.Chatzigeorgiou qarşılıqlı əlaqələr, ortaq layihələr və əməkdaşlıq barədə də danışıb: “Biz yunan mədəniyyətinə və ədəbiyyatına aid kitabların dünyada və Azərbaycanda yayılmasına maraqlıyıq. İstərdik ki, Azərbaycanda bu işləri birbaşa həyata keçirən Tərcümə Mərkəzi ilə əməkdaşlıq edək. Yunanıstanda tərcümələrin maliyyələşdirilməsi Proqramı (Phrasis – Translation Funding Programme for Greek books) məhz bu cür layihələri həyata keçirmək üçün yaradılıb. Bu proqramda Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin iştirak etməsi, həm Tərcümə Mərkəzi, həm də bizim üçün faydalı olar”.
Görüş zamanı qarşılıqlı təcrübə mübadiləsi məsələləri, tərcümə sahəsinə aid elmi konfransların təşkili və hər iki təşkilatın profilinə uyğun digər maraqlı layihələr müzakirə edilib.
Bundan başqa, N.Chatzigeorgiou Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzini 2015-ci ilin 7-10 may tarixlərində keçiriləcək XII Saloniki Kitab Fuarına qatılmağa dəvət edib və burada Mərkəzin nəşrlərinin nümayiş olunmasını təklif edib.

Qalereya

VƏ DİGƏR...

  • Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında

    İngiltərənin populyar “Write Out Loud” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi... 

  • İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

    Almaniyanın populyar LESERING.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin alman dilinə tərcümə edilmiş Duz hekayəsinin yayınına başlayıb.

  • Mövlud Mövludun hekayəsi Türkiyə portallarında Mövlud Mövludun hekayəsi Türkiyə portallarında

    Türkiyənin populyar “Detayhaberler.com”“Dibace.net”“Haber.232.com” portalları Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində həyatdan vaxtsız getmiş istedadlı yazıçı Mövlud Mövludun türk dilinə...