Türkiyə səfiri Tərcümə Mərkəzində
Mayın 23-də Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Ərkan Özoral Tərcümə Mərkəzində olub. Görüş zamanı bütün dövrlər Azərbaycanda yaşanan böyük Türkiyə sevgisindən, Tərcümə Mərkəzinin müxtəlif dövrlərdə tərcümə və nəşr etdiyi Nazim Hikmət, Fazil Hüsnü Dağlarca, Səid Faiq Abasıyanıq, Xalidə Ədib Adıvar, Haldun Tanər, Orhan Pamuk, Osman Çeviksoy, Səbahəddin Əli, Bəkir Yıldız, Camal Şakar kimi, məşhur Türkiyə ədiblərinin əsərlərindən söz açılıb. 2016-cı ildə Avrasiya Yazarlar Birliyinin “Bengü” nəşriyyatında türk dilində çap edilmiş ikicildlik “Müasir Azərbaycan ədəbiyyatı antologiyası” qonağın nəzərinə çatdırılıb, Azərbaycanda ilk dəfə işıq üzü görəcək “Türkiyə ədəbiyyatı antologiyası”nın yaxın günlərdə Azərbaycan oxucusuna təqdim olunacağı, Türkiyə ədəbiyyatının təbliği istiqamətində bu sayaq layihələrin bundan sonra da davam etdiriləcəyi qeyd edilib.
Görüşə görə minnətdarlığını bildirən cənab Ərkan Özoral Tərcümə Mərkəzinin ədəbiyyatlararası əlaqələr istiqamətində gördüyü işləri yüksək qiymətləndirib, Türkiyə ədəbiyyatına göstərilən diqqət və qayğıdan məmnunluğunu ifadə edib. Gələcəkdə belə layihələrin qarşılıqlı şəkildə aparılması ilə bağlı öz fikir və təkliflərini bildirib.
Qalereya
VƏ DİGƏR...
-
“Gürcüstan poeziyası günləri” Dövlət Tərcümə Mərkəzində
Dövlət Tərcümə Mərkəzi “Gürcüstan poeziyası günləri” çərçivəsində müasir gürcü poeziyasının tanınmış simaları...
-
Məhəmməd Füzuli yaradıcılığı Polşa ədəbiyyat portallarında
Polşanın populyar “salon24.pl” və “ngo.pl” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin polyak dilinə tərcümə edilmiş ...
-
Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında
Dövlət Tərcümə Mərkəzi və Rusiya Tərcümə İnstitutunun birgə layihəsi çərçivəsində ərsəyə gətirilmiş tanınmış uşaq yazıçısı Elvira Araslının “Əfsanənin ikinci həyatı” kitabı...