"Açıq kitab" gənclərin onlayn mütaliəyə marağını artırır
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin "Açıq Kitab" elektron kitabxanası gənclərin mütaliəyə marağının artırılması məqsədi ilə müxtəlif məzmunlu və formatlı kitablarla yanaşı, öz yeni nəşrlərinin də onlayn versiyasını oxucularına təqdim edir.
Onlayn mütaliəçilər bu nəşrləri kitabxanalara və kitab mağazalarına yollanmadan, öz evlərində, yolda və səfər zamanı oxuya bilərlər. Bunun üçün heç bir xüsusi qeydiyyata ehtiyac yoxdur, www.achiqkitab.az saytının "Tərcümə Mərkəzinin kitabları" bölümünə daxil olmaq bu asan mütaliə xidmətindən yararlanmaq üçün kifayətdir.
Xatırladaq ki, bu kitabxana vasitəsi ilə yüzlərlə elmi, bədii, texniki, hüquq, tibb və digər sahələr üzrə ədəbiyyatlar, lüğətlər, tədris və dərs vəsaitləri, müasir və klassik bədii ədəbiyyat nümunələri ilə yanaşı, mütəmadi olaraq, "Xəzər" dünya ədəbiyyatı jurnalının, "Aydın yol" ədəbi-ictimai qəzetinin onlayn versiyalarını da izləmək, həmçinin bir sıra dünya kitabxanalarına daxil olmaq mümkündür.
VƏ DİGƏR...
-
“Gürcüstan poeziyası günləri” Dövlət Tərcümə Mərkəzində
Dövlət Tərcümə Mərkəzi “Gürcüstan poeziyası günləri” çərçivəsində müasir gürcü poeziyasının tanınmış simaları...
-
Məhəmməd Füzuli yaradıcılığı Polşa ədəbiyyat portallarında
Polşanın populyar “salon24.pl” və “ngo.pl” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin polyak dilinə tərcümə edilmiş ...
-
Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında
Dövlət Tərcümə Mərkəzi və Rusiya Tərcümə İnstitutunun birgə layihəsi çərçivəsində ərsəyə gətirilmiş tanınmış uşaq yazıçısı Elvira Araslının “Əfsanənin ikinci həyatı” kitabı...