Tərcümə Mərkəzinin əməkdaşı Yunanıstan Mədəniyyət Fondunun koordinatoru ilə görüşüb

XXXIII Beynəlxalq İstanbul Kitab Fuarı günlərində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin mətbuat və nəşr məsələləri üzrə müşaviri Fərid Hüseyn Yunanıstan Mədəniyyət Fondunun (Hellenic Foundation for Culture) koordinatoru Nopi Chatzigeorgiou ilə görüşüb. Görüş zamanı Tərcümə Mərkəzinin fəaliyyəti ilə maraqlanan N.Chatzigeorgiou bildirib ki, Azərbaycanda tərcümə işi ilə məşğul olan rəsmi bir təşkilatın yaradılması çox müsbət haldır.
N.Chatzigeorgiou qarşılıqlı əlaqələr, ortaq layihələr və əməkdaşlıq barədə də danışıb: “Biz yunan mədəniyyətinə və ədəbiyyatına aid kitabların dünyada və Azərbaycanda yayılmasına maraqlıyıq. İstərdik ki, Azərbaycanda bu işləri birbaşa həyata keçirən Tərcümə Mərkəzi ilə əməkdaşlıq edək. Yunanıstanda tərcümələrin maliyyələşdirilməsi Proqramı (Phrasis – Translation Funding Programme for Greek books) məhz bu cür layihələri həyata keçirmək üçün yaradılıb. Bu proqramda Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin iştirak etməsi, həm Tərcümə Mərkəzi, həm də bizim üçün faydalı olar”.
Görüş zamanı qarşılıqlı təcrübə mübadiləsi məsələləri, tərcümə sahəsinə aid elmi konfransların təşkili və hər iki təşkilatın profilinə uyğun digər maraqlı layihələr müzakirə edilib.
Bundan başqa, N.Chatzigeorgiou Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzini 2015-ci ilin 7-10 may tarixlərində keçiriləcək XII Saloniki Kitab Fuarına qatılmağa dəvət edib və burada Mərkəzin nəşrlərinin nümayiş olunmasını təklif edib.
Qalereya
DİGƏR MƏQALƏLƏR
-
Əlimərdan bəy Topçubaşov haqqında kitabın onlayn versiyası təqdim edildi
Azərbaycan Tərcümə Mərkəzinin son nəşrlərindən olan “...Xalqımızın müstəqil yaşayacağına inanırdıq – Əlimərdan bəy Topçubaşov” kitabının onlayn versiyası...
-
Azərbaycan Tərcümə Mərkəzinin Seçim Turları davam edir
Azərbaycan Tərcümə Mərkəzinin dil və tərcümə işinin təkmilləşdirilməsi, müvafiq sahələr üzrə mütəxəssislərin müəyyən edilməsi...
-
Alberto Moravianın “Çoçara” kitabı Azərbaycan dilində
Azərbaycan Tərcümə Mərkəzinin yeni nəşri – görkəmli italyan nasiri Alberto Moravianın “Çoçara” kitabı...