"Aydın yol" qəzetinin yeni sayı sabah köşklərdə
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin mətbu orqanı olan həftəlik "Aydın yol" qəzetinin 7 avqust sayında:
* İngilis səyyahı ermənilər haqqında;
* "Tam məxfi" layihəsində "Dünya kəşfiyyatında "Kürd kartı";
* Sona xanım Mehmandarova – qəbri bilinməyən dünya gözəli;
* AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli ilə müsahibə;
* "Atalar və oğullar" rubrikasında televiziya aparıcıları Sabir Ələsgərli və Sənan Şəfizadənin eyni suallara fərqli baxışları;
* Azərbaycan xanlıqlarının bayraqları (Milli Azərbaycan Tarixi Muzeyindən reportaj);
* Gürcü şairi Besik Xaranaulinin şeirləri;
* Milyonların sevdiyi və... unutduğu Viya Artmane;
* Yetmiş il əvvəlin faciəsi;
* Hamamda ölən şair və sultan II Səlim;
* Günəşin "yerini dəyişdirən" alim və digər maraqlı yazılar yer alıb.
VƏ DİGƏR...
-
“Gürcüstan poeziyası günləri” Dövlət Tərcümə Mərkəzində
Dövlət Tərcümə Mərkəzi “Gürcüstan poeziyası günləri” çərçivəsində müasir gürcü poeziyasının tanınmış simaları...
-
Məhəmməd Füzuli yaradıcılığı Polşa ədəbiyyat portallarında
Polşanın populyar “salon24.pl” və “ngo.pl” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin polyak dilinə tərcümə edilmiş ...
-
Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında
Dövlət Tərcümə Mərkəzi və Rusiya Tərcümə İnstitutunun birgə layihəsi çərçivəsində ərsəyə gətirilmiş tanınmış uşaq yazıçısı Elvira Araslının “Əfsanənin ikinci həyatı” kitabı...